Icma.az
close
up
RU
Metrodakı Leyli Məcnun əhvalatı

Metrodakı Leyli Məcnun əhvalatı

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Günlərin bir günü Azərbaycanda ədəbi-bədii tədbir keçirilirdi. Dünyanın hər tərəfindən gənc yazarlar tökülüşüb Bakıya gəlmişdi. Norveçdən olan Anderson adlı bir gənc şairlə möhkəm dost olduq. Bir gün təzə dost mənə zəng eləyib dedi, Bakını gəzmək istəyirəm, mənə bələdçi olmağını xahiş edirəm. Dedim, xahiş lazım deyil, səni məmnuniyətlə şəhərimizin hər tərəfi ilə tanış eləyərəm.

Səhər tezdən "Nizami” metrosunun qarşısında Andersonla görüşdük. O, çox şən və gümrah görünürdü. Fikrim, qonağı əvvəlcə İçəri Şəhərlə tanış eləmək idi. Eskolatordan metronun salonuna düşən kimi divardakı mozaik tablolara baxıb şəkillərin mənasını maraqla soruşdu. Mən ona başa saldım ki, burdakı tablolar ulu babamız Nizaminin yazdığı əsərlərin süjetlərinə uyğun yaradılıb. O, ən birinci Leylinin qəbri üstünə uzanaraq ağlayan, bir dəri-bir sümük qalmış Məcnunun şəklini göstərib soruşdu ki, bu, nə deməkdi? Mən Leyli-Məcnun əhvalatının harasından başlayıb danışacağımı fikrimdə xeyli götür-qoy elədim. Bəzi məqamların qaranlıq qalmaması üçün əhvalatı əvvəlindən danışmağı qərara aldım. 

Dedim, ay Anderson, şair adamsan, bilməmiş olmazsan, bizim bu Nizami babamız ərəb nağıllarını yaman sevirmiş. Demək, şair yazır ki, qədimdə ərəb qəbilələrinin birində Leyli, birində isə Qeys adlı uşaq doğulur. Böyüyəndə valideynləri onları təhsil almaq, yəni din öyrənmək üçün mollaxana deyilən okula qoyur. Elə ilk gündən Qeys Leyliyə, Leyli isə Qeysə vurulur. Balaca uşaqların bir-birinə mehribanlığını hiss eləyən məllim məsələni uşaqların valideynlərinə çatdırır. 

Əhvalatı eşidən qız atası övladını məktəbdən çıxarır. Bunu görən Qeys çox mütəəssir olur. O, hər dəfə dərsə gələndə Leylinin oturduğu yerə baxıb darıxır və ağlayır, fikrini cəmləyib dərs oxuya bilmir. Ata-anası Qeysin hər gün evə qanıqara gəlməyini görüb səbəbini soruşurlar. Uşaq axırda məcbur olub deyir, mən istəyirdim həmişə Leyli ilə oxuyum, dostluq eləyim, onu artıq atası məktəbə qoymur. 

Qeysin atası onu danlayır ki, ay axmaq, xalxın qızı ilə nə işin var? Gəlmir, heç gəlməsin, sən dərslərini davam elə! Qeys deyir, ata, mən Leylini görməsəm, heç bir elmlə məşğul ola bilmirəm. Atası deyir, oğul, olmaya ona vurulmusan? Qeys də qayıdır ki, allahdan gizlin deyil, səndən nə gizlədim, onu görməsəm bağrım çatlayır. Atası deyir, oğul, onlar varlı tayfadı, bizə qız verməzlər, bir az böyü, sənə ayrı qız alacam. Qeys deyir, mənə yalnız Leyli lazımdı, yaşlı gözlərim başqa incini bəyənməz! 

Bu tərəfdə də ev dustağı olan Leyli qan ağlayır. Atası deyir, qızım, öyrənmişəm, o Qeys avaranın biridi, ağlını başına yığ, eləsindən ötəri özünü üzmə! Qız deyir, atacan, mənə başqa adam lazım deyil, mən yalnız Qeysi sevirəm! 

Beləcə, yeniyetmələr bir-birinin həsrətilə alışıb-yanırlar. Günlərin bir günü qohum-əqrəba yığılıb Qeysin atasına deyir, a kişi, görmürsənmi, uşaq günü-gündən saralıb solur, yol gedəndə "Leyli!” deyə-deyə bağırır? Gəl, elçi gedək, inci ilə mərcanı qovuşduraq. 

Söhbətin bu yerində baxdım ki, Andersonun gözləri yaşarıb. Soruşdu ki, danış, sonra necə olur? Söylədim ki, atası qızını Qeysə vermir, deyir ki, sənin oğlun artıq dəli olub, hara gəldi "Leyli” yazır, hara getdi öz-özünə "Leyli” deyir. Mən dəliyə qız vermərəm! 

Əhvalatı eşidən Qeys də getdikcə dəliləşir, artıq hamı onu Məcnun, yəni dəli deyə çağırır. Atası Məcnunu ocaqlara, pirlərə aparsa da xeyri olmur. Məcnun insanlardan baş götürüb səhraya qaçır. 

Bu yerdə Anderson soruşdu ki, bəs niyə səhraya, qumluğa qaçır, yazıq o qumluqda neyləyəcək? Yaxınlıqda meşəlik-zad yoxuydumu? 

Dedim, rəhmətliyin oğlu, bədəvi ərəbin yaşadığı yerdə meşə nə gəzirdi? Hə, Məcnun səhrada qanlı göz yaşları axıtdıqca səhrada qızıl güllər bitir. 

Bütün vəhşi heyvanlar Məcnunun başına yığışıb onun dərdinə şərik olur. İş o yerə çatır ki, Məcnunun başında quşlar yuva qurub, balalayır. 

Anderson danışdığım hekayətdən vəcdə gələrək soruşdu ki, bəs o vəhşi heyvanlar Məcnunun başındakı quşları nə yaxşı, yeməyib? Dedim, bir dəfə tülkü arxadan atılıb quşun birini tutmaq istəyirmiş, şir öz beynəlxalq nüfuzu ilə birtəhər aranı sakitləşdirib. Hə, sözüm onda yox, sənə hardan xəbər verim, Leylidən! Leyli də o tərəfdə dəli olub, gündə ağac-daşla danışırmış. Atası onu zorla bir kişiyə ərə verir. Kişi də Leylini öz hərəmxanasına qatır. 

Bu yerdə Anderson yenə müdaxilə eləyərək soruşdu ki, hərəmxana nədi? Dedim, səni necə başa salım? Məsələn, bir çobanın çoxlu qoyunu olduğu kimi, müsəlmanın da çoxlu arvadı olur. Leyli də o kişinin arvadlarından biri olur. Lakin kişi deyir, sən ki, belə qəlbiqırıqsan, səni hərəmdə ən baş arvad eləyəcəm. Leyli də ona arvad olmaq istəmir, evdən qaçıb səhraya Məcnunun yanına gəlir. Leylini səhrada görən Məcnun ona deyir, mənə əl vurma, sən o Leyli deyilsən! 

Qanlı göz yaşları axıdan Anderson soruşdu ki, bəs, Məcnun niyə belə eləyir? Dedim, ərdən çıxan Leyli Məcnunun nəyinə gərəkdi? Anderson dedi, ərdən çıxanda nə olar ki, bəs bayaqdan deyirdi, sevirəm səni? Dedim, qardaş, sən belə şeyləri başa düşməzsən! Əsərdə Məcnunun dili ilə deyilir ki, mənə yad əlilə deşilmiş inci lazım deyil! 

Qonaq ağlaya-ağlaya soruşdu ki, tez söylə görüm, Leylinin sonrakı aqibəti necə olur? Dedim, Leyli də səhranın digər tərəfinə üz tutaraq oradan qaçır. Günlərlə ac-susuz qalan Leyli səhrada ölür. Onun ölümünü eşidən bir dəri, bir sümük qalmış Məcnun qanlı göz yaşları içində Leylinin qəbri olan yerə gəlir. Sevdiyinin qəbri üstündə ağlaya-ağlaya canını tapşırır. Bax, bu, Məcnunun məzarı qucaqlayaraq ağladığı məqamdı! 

Əhvalatı danışıb bitirdikdən sonra ağlayan Andersona baxıb, onu kövrəltdiyimə görə üzr istədim. Anderson dedi, qardaş, mənim halım pisləşdi, ürəyim sıxılır, artıq şəhərdə gəzmək fikrindən vaz keçdim, yardım elə, qayıdım otelə. 

Murad Köhnəqala 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 İyun 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see399

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see316

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see262

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see226

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see221

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see195

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see165

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see162

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see161

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see158

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see158

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see157

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see156

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see156

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see155

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see151

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see149

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see145

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see145

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri