Icma.az
close
up
RU
Kişi keçmiş sevgilisinin videolarını xəstəxana kollektivinə göndərdi: Həbs edildi

Kişi keçmiş sevgilisinin videolarını xəstəxana kollektivinə göndərdi: Həbs edildi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevirdə kişi sevgi münasibətində olduğu qadının intim görüntülərini yayıb.

Bununla ondan qisas almağı düşünüb. Sonra da ona bədən xəsarətləri yetirib.

​​​​​​"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, 36 yaşlı Malik ( ad şərtidir) birlikdə xəstəxanalardan birində mühafizə xidmətində çalışdığı Sevda (ad şərtidir) adlı xanımla sevgi münasibətində olub. Daha sonra onların arasındakı münasibətlər pozulub.

Buna səbəb Malikin həyat yoldaşının bu məsələdən xəbər tutması olub. Malikin xanımı onun çalışdığı xəstəxanada həkim işləyirmiş. Maliklə Sevdanın münasibətləri kollektiv arasında yayılıb. Bundan xəbər tutan Malikin həyat yoldaşı ondan boşanıb.

Malik əvvəlcə ailəsini itirib, sonra da Sevda ilə münasibətləri korlanıb və aralarında dava-dalaş başlayıb. Malik Sevdanın üz nahiyəsinə bıçaqla da xəsarət yetirib.

Həmçinin qisas məqsədi ilə Sevdanın illər əvvəl ona göndərdiyi qeyri-etik videoları çalışdıqları xəstəxananın kollektivi arasında yaymağa başlayıb. Bunun üçün Sevdanın onda olan şəxsiyyət vəsiqəsinin şəkli ilə onun adına mobil nömrə alıb. Video və fotoları da həmin nömrədən xəstəxanın işçilərinə göndərib.

Sevda bundan sonra polisə müraciət edib. Malik məsuliyyətə cəlb olunub.

Tərəflər dindirilən zaman məlum olub ki, Sevda ilə Malik arasında dini kəbin də kəsilibmiş. Bu münasibət 4-5 il davam edib. Malikin dediyinə görə Sevdadan ayrılmaq istəyib. Lakin Sevda onunla razılaşmayıb və dəfələrlə onun evinə də gəlib. Sonra da aralarında olan münasibət barədə kollektiv arasında məlumat yayıb. Həyat yoldaşı da bundan xəbər tutandan sonra ondan ayrılıb.

Sevda dindirilən zaman Malik tərəfindən dəfələrlə ölümlə hədələndiyini də söyləyib. Bununla bağlı polisə müraciət etsə də bu iddiası təsdiqini tapmayıb.

Məlum olub ki, bu söz-söhbətlər xəstəxanada yayıldıqdan sonra hər iki şəxs öz ərizəsi ilə işdən azad ediliblər.

Məhkəmənin hökmü ilə Malik şəxsi həyatın sirrini təşkil edən pornoqrafik xarakterli material hesab olunan video çəkiliş materiallarını yaymaqla zərərçəkmişin şəxsin həyatının toxunulmazlığını pozmaqda, ona məxsus pornoqrafik materialları qanunsuz olaraq yaymaqda və qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirli bilinib. Hökmə əsasən malik 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

​​​​​​"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri