Kişi müəllimləri cəlb etsək, bağçalar həm mühit, həm keyfiyyət baxımından daha güclü ola bilər Əməkdar müəllim
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Son dövrlərdə uşaq bağçalarına kişi tərbiyəçi-müəllimlərin cəlb olunması geniş müzakirə olunur. Dünyada bu təcrübənin uşaqların sosial və emosional inkişafina müsbət təsir etdiyi sübut olunub.
Bəs kişi müəllimlər bağçalara necə cəlb oluna bilər?
Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, bu gün bütün dünyada uşaq bağçalarında kişi müəllimlərin sayı çox azdır:
"Ümumi statistikalarda bu rəqəm cəmi 3-5% təşkil edir və bu, uşaqların erkən yaşda hər iki cinsdən sağlam rol modeli görməsini məhdudlaşdırır. Elmi araşdırmalar göstərir ki, kişi müəllimlərin iştirakı uşaqlarda sosial bacarıqları, emosional sabitliyi və davranış tənzimlənməsini gücləndirir. Xüsusilə də ata fiqurundan uzaq böyüyən uşaqlar üçün bu, çox vacibdir. Amma “kişilər də uşaq bağçalarında işləsin” deməklə məsələ həll olmur. Bunun üçün real addımlar lazımdır, əməkhaqqı artırılmadır, hətta pozitiv diskriminasiya tətbiq edilməlidir. Çünki bu sahə kişilər üçün, ümumiyyətlə, cazibədar deyil. İkincisi, Azərbaycan reallığında sosial stereotiplər qırılmalıdır ki, bu da bir az mümkünsüz görünür. Bizim cəmiyyət uşaq bağçasındakı işi yalnız “qadın peşəsi” kimi görür. Güman edirəm ki, universitetlərdə stimullaşdırıcı mexanizmlər - təqaüd, təcrübə və xüsusi proqramlar kişi abutiriyentlərin bu sahəyə az da olsa marağını cəlb edər.
Nəticə etibarilə, kişi müəllimlərin bağçalarda olması təkcə gender balansı məsələsi deyil. Bu, uşaqların daha sağlam sosial-emosional inkişafı üçün çox ciddi ehtiyacdır. Biz bu dəyişiklikləri etsək, bağçalar həm mühit, həm keyfiyyət baxımından daha güclü ola bilər".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















