Kişi ondan boşanmaq istəyən arvadını döydü HÖKM
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tamerlan Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 28 may 2025-ci il tarixdə, saat 12 radələrində Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Tamerlan Yusifov evdə arvadı, zərərçəkmiş İnarə Yusifova (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə qadının onunla olan nikaha xitam verilməsi ilə bağlı etmiş olduğu müraciəti geri götürməsini tələb etməsidir. Bu zaman o, zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun sifət, göz, baş, qol, təpik (ayaq) zərbələri ilə isə onun bel, ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq, yüngül zərər yetirib.
Hadisədən sonra Tamerlan Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


