Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Kişilər bunu oxusa, qadınları daha yaxşı anlayar...

Kişilər bunu oxusa, qadınları daha yaxşı anlayar...

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadınlar bəzən düşünür ki, bir kişi bir günlüyünə qadın olsaydı, həyatın ən çətin tərəflərini daha yaxşı anlayardı. Kişilər isə çox vaxt bu barədə düşünməyə belə ehtiyac duymurlar. Çünki kişilik də öz yükü və məsuliyyəti olan anlayışdır.
Mən həyatımı mərhələlərə bölərək qadınların nə istədiyi sualına cavab axtara bilərəm. Amma hər qadın fərqlidir və bəlkə də bu yazının sonunda dəqiq cavab vermək mümkün olmayacaq.
Uşaqlıqdan başlayaq.
Qız uşaqları yalnız gəlinciklə oynamaq istəmir. Onlar ailədə sevgi, təhlükəsizlik və birlik görmək istəyirlər. Xüsusilə ata sevgisi qız övladının gələcək həyatına, seçimlərinə və özünə inamına ciddi təsir edir.
Mənim uşaqlığım bir qədər fərqli keçdi. Atam məni oğul övladına bəslənən ümid və qayğı ilə böyütmüşdü. Həmişə deyirdi ki, "sən bizim nəslin davamçısısan". Bu gün həmin yanaşmanın nə qədər məntiqli olub-olmadığını müzakirə etmirəm. Amma bir şeyi bilirəm: oğlan kimi böyümək mənə həyatın sərt tərəflərinə daha tez uyğunlaşmağı öyrətdi.
Anam isə məni ailənin dayağı kimi görürdü. Bəlkə elə buna görə bu gün də özümlə yanaşı yaxınlarımın yükünü daşımağa çalışıram.
Sonralar atamı itirdim. Həyat məni kişilərlə çiyin-çiyinə mübarizə aparmağa məcbur etdi. Psixoloqlar buna travma deyə bilər. Mən isə bunu həyatın verdiyi son ehtiyat güc hesab edirəm. Əsgərin cibində saxladığı son qumbara kimi...
Yeniyetməlik və gənclik illərində qadın olmağın öz paradoksları vardı.
Bir az sərt danışsan, həyasız sayılırdın. Haqqını müdafiə etsən, feminist adlandırılırdın. Güclü olmalıydın, amma həddindən artıq yox. Ağıllı olmalıydın, amma qarşı tərəfi narahat etmədən. Həm zərif, həm dözümlü, həm savadlı, həm də hər kəsi razı salan biri...
Bizə öyrədirdilər ki, güclü qadın ağlamaz.
Ona görə də bu gün ağlayanda çox adam inanmır.
İş həyatında özünü sübut etmək, evdə ailəyə vaxt ayırmaq, uşaqları böyütmək, münasibətləri qorumaq, eyni zamanda cəmiyyətin gözəllik standartlarına uyğun görünmək... Müasir qadının gündəlik həyatında görünməyən yüzlərlə yük var.
Bəzən düşünürəm ki, bəlkə başqa bir həyatda kənd evində təndir başında çörək bişirən qadın olmaq daha rahat olardı. Amma yaşadığımız dövr bizdən daim inkişaf etməyi, öyrənməyi və dəyişməyi tələb edir.
Bəs kişilər?
Mənə görə, kişilər qadınlardan daha sadə mexanizmlərlə işləyən varlıqlardır.
Onları xoşbəxt etmək üçün əvvəlcə maraqlarını və düşüncələrini bilmək lazımdır. Çox zaman özlərini dəyərli hiss etmələri kifayətdir. Əlbəttə, yaxşı yeməyin də öz yeri var.
Amma zaman dəyişib.
Bizim gəncliyimizdə kişilər daha çox karyera və maddi sabitlik haqqında düşünürdülər. İndiki nəsil isə həyatı vaxtında yaşamağa üstünlük verir. Az iş, çox maaş, çox təcrübə, çox səyahət və daha çox şəxsi azadlıq...
Qadınlarda da dəyişiklik var.
Bir zamanlar romantika və hisslər daha çox ön planda idisə, bu gün bir çox gənc xanım həyat yoldaşında emosional uyğunluqla yanaşı sabitlik, perspektiv və məsuliyyət də axtarır. Onları qınamaq çətindir. Hər dövr öz tələblərini yaradır.
Və nəhayət, orta yaşlar...
Məncə, qadın üçün ən maraqlı dövrlərdən biridir.
Əgər insan 20-30 yaş arasında öz üzərində işləyibsə, artıq insanları daha rahat tanıyır, niyyətləri daha tez anlayır. Dostluqlar seçilir, münasibətlər süzgəcdən keçir, həyat prioritetləri dəqiqləşir.
Bu yaşda qadınlar bir-birinə bənzəmir.
Xüsusilə öz ayaqları üzərində duran, qazanan və qərar verən qadınlar.
Çünki asılılıq hissi insanın düşüncə sərbəstliyini əlindən alır.
Bəli, qadınlar bəzən deyinir. Amma mən bunu həyatın yenilənmə mexanizmi hesab edirəm. Dozasında olduqda...
Bu gün qadın daha çox öz inkişafı, ailəsinin rifahı, övladlarının gələcəyi və cəmiyyətə təsiri haqqında düşünür.
Amma bütün bunlara baxmayaraq, qadın yenə də qadındır.
Bəzən dayanıb yorulduğunu demək istəyir.
Bəzən onu yarıyolda qarşılayacaq, yükünün bir hissəsini götürəcək bir çiyinə ehtiyac duyur.
Çünki emosional qidalanmayan insanın qəhqəhəsi də yarımçıq səslənir.
Elə kişilər də Herakl deyil, qadınlar da Amazon deyil.
Hamımızın güclü və zəif tərəfləri var.
Bəlkə də qadınların nə istədiyi sualının dəqiq cavabı yoxdur.
Amma bu qarışıqlığın içində bir şeyi anlaya bilmisənsə, deməli, qadın psixologiyasının birinci dərsini artıq keçmisən: qadınlar hər şeydən əvvəl anlaşılmaq istəyirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 İyun 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri