Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Qiymətlər yenidən kəskin arta bilər PROQNOZ

Qiymətlər yenidən kəskin arta bilər PROQNOZ

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az "S&P Global Energy"yə istinadən xəbər verir ki, bunu Quançjouda (Çin) keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Enerji Forumunda panel müzakirəsinin iştirakçıları bildiriblər.

"Hartree Partners" şirkətinin əmtəə riskləri üzrə həllər şöbəsinin qlobal rəhbəri Rob Makleodun sözlərinə görə, qısamüddətli nikbinlik üçün bəzi əsasların olmasına baxmayaraq, Yaxın Şərq və Rusiya ilə bağlı tədarük fasilələri aradan qaldırılmazsa, növbəti ildə bazar yenidən təklif çatışmazlığı ilə üzləşə bilər.

O qeyd edib ki, dünya üzrə aviasiya yanacağı ehtiyatları son dərəcə aşağı səviyyəyə düşüb və bu, bazarın xarici təsirlərə qarşı həssaslığını xeyli artırır. Xüsusilə, ABŞ-nin Meksika körfəzi sahillərində baş verə biləcək qasırğa ehtiyat neft emalı güclərinin çatışmazlığını üzə çıxara və növbəti qiymət artımına səbəb ola bilər.

"S&P Global Energy CERA"nın noyabr proqnozuna əsasən, tələbatın təklifi üstələməsi və neft emalı zavodlarının dizel yanacağının istehsalına üstünlük verməsi səbəbindən oktyabr ayında dünya aviayanacaq ehtiyatları azalmaqda davam edib.

Sentyabrda aviasiya yanacağı üzrə orta qlobal "crack spread" bir barel üçün 72 ABŞ dolları təşkil edib. Analitiklərin proqnozlarına görə, IV rübdə göstərici bir barel üçün 74 ABŞ dollarına qədər artacaq, bundan sonra 2027-ci ilin I rübündə 51 ABŞ dollarına və II rübdə 40 ABŞ dollarına enəcək.

Bununla yanaşı, qiymət göstəricisində gözlənilən azalma hava daşımalarına olan tələbatın bərpası fonunda baş verəcək. "S&P Global Energy" proqnozlaşdırır ki, 2026-cı ildə gündəlik 255 min barel azaldıqdan sonra 2027-ci ildə dünya üzrə aviasiya yanacağına tələbat gündəlik 1,17 milyon barel artacaq.

"S&P Global Energy"nin aviasiya bazarı araşdırmaları şöbəsinin qlobal rəhbəri Ceyms Simpson hesab edir ki, gələn il bazarda sabit qiymət vəziyyəti yaranmayacaq.

Aviasiya yanacağının dəyərinə və əlçatanlığına təsir edən əsas amillərdən biri dizel yanacağı ilə rəqabətdir. Hər iki məhsul orta distillatlar kateqoriyasına aiddir və böyük ölçüdə eyni neft emalı güclərindən asılıdır.

"S&P Global Energy"nin qiymətləndirməsinə görə, Yaxın Şərqdən ixracın kəskin azalması və Rusiyanın dizel yanacağının ixracına qoyulan uzunmüddətli qadağa səbəbindən dizel yanacağı bazarında ciddi təklif çatışmazlığı davam edir. Nəticədə, neft emalı müəssisələri dizel istehsalını artırmağa çalışırlar, bu da aviasiya yanacağının istehsalını və ixracını məhdudlaşdırır.

Bu vəziyyət xüsusilə qış mövsümü ərəfəsində Asiyada daha çox nəzərə çarpır. Oktyabr ayında Sinqapurda aviasiya yanacağı və kerosin üzrə "crack spread" "Dubai" neftinə nisbətdə bir barel üçün 10,4 ABŞ dolları artaraq 66,2 ABŞ dollarına çatıb. Eyni zamanda, aviasiya yanacağının dizel yanacağına nisbətdə diskontu bir barel üçün 8,3 ABŞ dollarına kimi artıb.

Soba mazutuna olan mövsümi tələbat və orta distillatların çatışmazlığı səbəbindən Asiya "crack spread"lərinin noyabr və dekabr aylarında yüksək olacağı gözlənilir. "Platts"ın qiymətləndirməsinə görə, noyabrın 11-də aviasiya yanacağı və kerosin üzrə "crack spread" FOB Sinqapur şərtləri ilə "Dubai" neftinə nisbətdə bir barel üçün 59,55 ABŞ dolları təşkil edib.

Neft emalı güclərinin coğrafi baxımdan Asiya və Yaxın Şərqin xeyrinə yenidən bölüşdürülməsi də bazara əlavə təzyiq göstərir. Bu, idxaldan asılı olan regionların uzaq məsafələrdən tədarükdən, fraxt xərclərindən və geosiyasi vəziyyətdən asılılığını artırır.

C. Simpson nümunə kimi Cənubi Koreyadan Avropaya aviasiya yanacağının tədarükünü misal çəkib, bu hal Avropanın tələbatını ödəmək üçün təchizat zəncirlərinin nə qədər uzandığını nümayiş etdirir.

"Platts"ın məlumatına görə, noyabrın 11-də CIF Şimal-Qərbi Avropa və FOB Sinqapur şərtləri ilə aviasiya yanacağı və kerosin partiyalarının qiymətləri arasındakı fərq bir barel üçün 30,33 ABŞ dolları təşkil edib. Bir gün əvvəl isə bu göstərici 26,1 ABŞ dolları olub. Daşınma xərclərinin artması Sinqapurun qiymət göstəricilərinə əsasən yanacaq alan Avstraliya aviaşirkətləri üçün də əlavə risklər yaradır.

Müzakirə iştirakçıları qeyd ediblər ki, uzunmüddətli perspektivdə nəqliyyatın elektrikləşdirilməsi benzinə olan tələbatın azalmasına və neft emalı zavodlarının bir hissəsinin bağlanmasına səbəb ola bilər. Bununla yanaşı, yük daşımalarında, dağ-mədən sənayesində və kənd təsərrüfatında dizel yanacağına, eləcə də aviasiya yanacağına tələbatın daha sabit qalacağı ehtimal olunur.

Belə şəraitdə ümumi neft emalı güclərinin azalması mövcud xammal və istehsal resursları uğrunda müxtəlif yanacaq növləri arasında rəqabəti gücləndirə bilər.

Ekspertlərin fikrincə, enerji təhlükəsizliyi məsələlərini nəzərə almaqla Avropada fəaliyyət göstərən neft emalı güclərinin qorunub saxlanması, eləcə də tədarük mənbələrinin şaxələndirilməsi və ehtiyat istehsal güclərinin mövcudluğu kəsinti risklərini azalda bilər. Lakin neft emalı zavodlarına yaxınlıq belə tədarükün sabitliyinə zəmanət vermir. Çünki mümkün qəza səbəbindən istehsalın dayandırılması və ixrac məhdudiyyətləri tədarükə mane ola bilər.(Report)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2026 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri