Kişilər əziyyətlə qazanırlar, qadınlar o pulu qırılıb düşən dırnağa verirlər
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Müğənni Sevinc Ağaşirinova maraqlı və müzakirələrə səbəb olan açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, kişilər ağır zəhmətlə pul qazanır, lakin bu vəsaitin bəzən düzgün xərclənmədiyini düşünür. Onun sözlərinə görə, "Kişilər əziyyətlə daş qoyub pul qazanırlar, o pulu da qadınlar dırnağa verirlər, o da qırılıb düşür".
Sevinc Ağaşirinova qeyd edib ki, bu məsələdə çox vaxt kişilərin tərəfindədir. O, kişilərə müraciət edərək pullarını boş yerə xərcləməməyi tövsiyə edib: "Pulunuzu boş yerə xərcləyən xanımlara verməyin. Ondansa öz ailənizə baxın, balanıza xərcləyin".
Müğənni bəzi qadınların maliyyə məsələlərində sui-istifadə etdiyini də iddia edib. Onun sözlərinə görə, "Xanımlar deyirlər ki, 'nəyimə lazımdır, pul verməlidir', amma bu yanaşma doğru deyil".
Sevinc Ağaşirinovanın açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğurub, mövzu ətrafında müzakirələr başlayıb.
Musa
Milli.Az.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 29 Yanvar 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















