Icma.az
close
up
RU
Kişilərdə artıq çəkinin təhlükəli fəsadı üzə çıxdı

Kişilərdə artıq çəkinin təhlükəli fəsadı üzə çıxdı

London İmperial Kollecinin alimlər qrupu müəyyən edib ki, çəki problemi olan kişilər qadınlardan on il əvvəl yaddaşlarını itirməyə başlaya bilərlər.

Oxu.Az xəbər verir ki, demensiya ən çox 75 yaşdan sonra inkişaf edir, lakin "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilən yeni araşdırmalar göstərir ki, piylənmə kişilərdə bu prosesi sürətləndirə bilər.

Alimlər müəyyən ediblər ki, artıqçəkili kişilərdə beyin funksiyasının pisləşməsi artıq 55-74 yaşlarında başlayır, qadınlarda isə oxşar dəyişikliklər yalnız on il sonra, 65-74 yaşlarında baş verir.

MRT-dən istifadə edərək, alimlər təcrübə iştirakçılarının beyin həcmini və bədəndəki yağın miqdarını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq yağı beyin həcminin azalması ilə əlaqəlidir ki, bu da sinir hüceyrələrinin və onlar arasındakı əlaqənin itirilməsini göstərir. Bu əlaqə xüsusilə kişilərdə özünü büruzə verir.

seeBaxış sayı:65
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri