Icma.az
close
up
RU
Kişilərdə hamiləlik testi müsbət çıxarsa... BİLMƏDİYİNİZ 10 FAKT

Kişilərdə hamiləlik testi müsbət çıxarsa... BİLMƏDİYİNİZ 10 FAKT

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Ailem.az həkim-onkoginekoloq Cəlil Bağırovun hamiləlik testləri ilə bağlı 10 qeydini  təqdim edir. Bu qeydləri qadınların çoxu bəlkə də bilmir.

1. Ev şəraitində istifadə olunan bütün hamiləlik testlərinin iş prinsipi eynidir - onlar sidikdə “hamiləlik hormonu” olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən (yapışdıqdan) sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.

2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.

3. Testi günün istənilən vaxtı etmək olar. Lakin həkimlər bunu sübh tezdən etməyi tövsiyə edir. Gecə yuxusundan sonra sidik daha “qatı” olur ki, XQ də sidikdə daha çox olur. Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.

4. Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu, kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa və ya solğun çıxırsa, deməli, hamiləlik testi xarabdır və ya onun yararlılıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır.

5. Testin nəticəsi əksər hallarda 5 dəqiqə ərzində qiymətləndirilir. Əgər bu müddət ərzində testdə 2-ci zolaq çıxmayıbsa, nəticə mənfi sayılır (yəni hamiləlik yoxdur). 10 dəqiqədən artıq nəticə gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər.

6. Farmaseptlərin sözlərinə görə, hamiləlik varsa, test bunu mütləq göstərəcək. Yəni yanlış nəticənin ehtimalı, demək olar, sıfıra bərabərdir. Lakin bəzən qadınlar tələsir və testi lazım olandan daha tez edir. XQ yalnız mayalanmış yumurta hüceyrəsi uşaqlığın divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Bundan tez yox.

7. Əgər testdə 5 dəqiqə ərzində nazik da olsa, ikinci xətt görünübsə, test müsbət sayılır. Növbəti gün testi təkrar etmək lazımdır - zolaq tündləşəcək. Bu, hamilə qadının qanında XQ hormonunun sürətlə artması ilə bağlıdır.

8. Bəzən hamiləlik testi yanlış müsbət nəticə verə bilər. Bu, hormonal müalicə alan (inyeksiya şəklində XQ hormonu alan) qadınlarda mümkündür. Testin digər yanlış müsbət nəticəsinin səbəbi qadında yumurtalıq şişinin olmasıdır. Məhz bu səbəbdən hamiləliyin əvvəlində (təxminən 5-6-cı həftələrində) qadın USM-dən keçməlidir. USM zamanı dölün uşaqlıq boşluğu daxilində olması müəyyən edilirsə, hamiləlik təsdiq olunmuş sayılır.

9. Uşaqlıqdan kənar hamiləlik zamanı da test müsbət nəticə göstərir. Lakin uşaqlıqdankənar hamiləlik zamanı XQ daha yavaş artır ki, testdə 2-ci xətt uzun müddət ərzində solğun çıxa bilər. Belə solğun ikinci xətt çıxan zaman uşaqlıqdankənar hamiləlikdən şübhələnmək olar.

10. Kişilərdə hamiləlik testi... müsbət nəticə verə bilər. Xaya xərçəngi zamanı kişinin orqanizmində XQ hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də müsbət nəticə göstərir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri