Kişilərdə impotensiya riskini azaldan sadə hərəkət...
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sürətli yerimə kişilərdə impotensiya riskini azaldır.
Axar.az xəbər verir ki, bu barədə Vençjou İnteqrasiya edilmiş Ənənəvi Çin və Qərb Tibb Xəstəxanasının (Çin) alimlərinin apardıqları tədqiqatdan sonra məlum olub.
İlk mərhələdə elm adamları könüllülərin yerimə sürəti və fiziki sağlamlıqları haqqında məlumat toplayıblar. Əldə edilən məlumatlar "Mendel randomizasiyası" (MR) üsulu ilə təhlil edilib.
Tədqiqatçılar yüksək sürətlə yeriməyin damarların sağlamlığını yaxşılaşdırdığını və sağlam çəki saxlamağa kömək etdiyini bildiriblər. Bu amillər kişilərin sağlamlığına qoruyucu təsir göstərir - onlarda erektil funksiyanı yaxşılaşdırır və testosteron (kişi cinsi hormonu) çatışmazlığına səbəb olan şəkərli diabetin inkişaf riskini azaldır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Fevral 2025 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















