Əli Kərimlinin məhkəməsi gələn həftəyə təyin edildi KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayıb.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.
Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
İlkin dinləmələr zamanı müdafiə tərəfinin vəsatətləri müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. İbtidai istintaq dövründə qanun pozuntularına yol verilmədiyindən və cinayət işinə baxılması üçün düzgün məhkəmə seçildiyindən iş üzrə məhkəmə baxışına verilib.
Əsas iclas gələn həftəyə təyin edilib.
Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar. Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 Noyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















