Icma.az
close
up
RU
Kişilərdə sidiyə gedəndə ağrı, gücənmə hissi Artıq problem yaranıb UROLOQ

Kişilərdə sidiyə gedəndə ağrı, gücənmə hissi Artıq problem yaranıb UROLOQ

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Prostat vəzinin böyüməsi normaldır, amma nəzarət edilməlidir. 40-50 yaşından sonra kişilərin əksəriyyətində bu problem üzə çıxır”.

Bunu Saglamolun.az-a uzman uroloq Elbəyi Daşdəmirli deyib.

Həkimin sözlərinə görə, prostat vəzi alt sidik yollarında sidik kanalının ətrafında yerləşmiş vəzdir:

“Sağlam prostat vəzi təqribən şabalıd ölçüsündə, yəni 15-25 qram həcmində olur. İnsan yaşlandıqca prostat vəzi də böyüyür, ölçüsü dəyişilir. Əsasən, 40-50 yaşlarında bunu müşahidə etmək mümkündür. Böyüdükdə isə sidiklə bağlı problemlərin meydana gəlməsi mümkündür. Prostat vəzinin böyüməsinə səbəb yalnız yaşlanma deyil, eyni zamanda kişilərdə baş verən hormonal dəyişkliklər də ola bilər. Böyüyən prostat vəzi sidik kanalını sıxmağa başlayır və problem yaradır”.

Uroloq qeyd edib ki, yaranmış problemlərin simptomları müxtəlif ola bilər:

“Ən çox müşahidə edilən şikayətlər tez-tez sidiyə getmə, gecələr bir neçə dəfə sidik ifrazı, ani sidikgəlmə hissiyatı, sidiyi saxlaya bilməməkdir. Bundan başqa, prostat vəzinin böyüməsi səbəbindən sidik ifrazı dağınıq və zəif ola bilər. Yaranan problemlərdən biri də sidik ifrazı zamanı ağrı və gücənmə hissinin olmasıdır”.

Uzman uroloq Elbəyi Daşdəmirli xəstəliyin diaqnostika və müalicəsinə də toxunub.

“Xəstəyə diaqnoz qoyulması üçün əsasən, barmaq və ultrasəs müayinəsi, sidik analizi, PSA (prostat spesifik antigen) analizi ilə həyata keçirilir. Bu xəstəliyin geniş yayılması, insanlara adi təsir göstərir. Amma prostat vəzinin böyüməsi ciddi problemdir. Problemin vaxtında aşkarlanması üçün 50 yaşdan yuxarı bütün kişilər ildə azı bir dəfə mütləq uroloji müayinədən keçməlidirlər”, - deyə həkim bildirib.

Uzman uroloq Elbəyi Daşdəmirli ilə əlaqə: (+994) 50 404 94 48

Həkimin iş yeri: Liv Bona Dea Hospital

Sevinc Hüseynova 

 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 01:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri