Icma.az
close
up
RU
Kişinin az qazanc əldə etməsi münasibətin bitməsi üçün əsas ola bilməz PSİXOLOQ İZAH ETDİ

Kişinin az qazanc əldə etməsi münasibətin bitməsi üçün əsas ola bilməz PSİXOLOQ İZAH ETDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Cəmiyyətimizdə ailə və münasibətlərin dayanıqlılığı yalnız maddi imkanlarla ölçülməməlidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, kişinin az qazanc əldə etməsi münasibətin bitməsi üçün əsas ola bilməz: "Əslində münasibətləri möhkəmləndirən amil qarşılıqlı anlayış, dəstək və ortaq məqsədlərə yönəlmiş birlikdir. Maddi sabitlik münasibətlər üçün vacibdir, lakin bu sabitlik yalnız bir nəfərin qazancı ilə deyil, ailə üzvlərinin bir-birinə dayaq durması ilə formalaşır.
Pul qazanmaq əlbəttə önəmlidir, amma ondan necə istifadə olunması daha həlledici məqamlardandır. Gəlir məqsəd deyil, vasitə olmalıdır. Münasibətdə paylaşım, birgə qərarlar və gələcəyə inam ön planda dayanmalıdır.

Maddi çətinliklər ailə birliyinə təsirsiz ötüşmür. Bu zaman psixoloji gərginlik, özünü dəyərsiz hiss etmə, emosional uzaqlaşma kimi hallar yaşana bilər. Amma münasibətin təməlində sevgi, hörmət və empatiya varsa, bu çətinliklər ailəni parçalamaz, əksinə, daha da yaxınlaşdırar.

Əgər münasibətlər yalnız maddiyyat üzərində qurulursa, orada emosional dayanıqlıqdan və uzunömürlü birlikdən danışmaq çətindir. Unutmayaq ki, çətinliklər birlikdə aşılır. Münasibətlərin gücü də elə burada gizlidir.

Onu da qeyd edim ki, Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq boşanmaların səbəbini araşdırmaqla bağlı 524 boşanmış insanla sorğu keçirdik. Təhlil nəticəsində ortaya çıxdı ki, Azərbaycanda ailələr ən çox ünsiyyət problemi səbəbindən boşanırlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see237

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see235

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see176

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see155

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see152

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see147

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see145

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see137

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri