Icma.az
close
up
RU
Kişinin saqqalının tükü qəbirdə nizamını itirməmiş “TikTok”u seçdik...

Kişinin saqqalının tükü qəbirdə nizamını itirməmiş “TikTok”u seçdik...

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yolum uzaq olduğundan Tolstoyun “Anna Karenina”sını dinləmək istədim. Romanı dinləyə-dinləyə, Tolstoyun “tolstoy” tərpənişinə, ləng və təndürüst dünyasına yaxınlaşdıqca hiss elədim ki, maşını daha səliqəli sürürəm. Məni ötüb keçənlərə sevgi ilə baxıram, çox sürətlə keçənlərdən narahat qalıram...

Gözümdə Lev Tolstoy əsl mahiyyətini qazanır, bəşəriyyətə döş vermək istəyən bir “yekəpər şir”ə dönür... Onun bu kitabı yazdıqca çəkdiyi iztirabları, ömrünü verdiyi “Hərb və sülh”ün bu gün həyatımızda rolunun asta-asta itməsini anladıqca insan böyük bir kədərlə qəbul etməyə məcbur qalır ki, doğrudan da sona yaxınlaşırıq. Axı bu kitabları da Tanrı göndərib. Göndərib və haqlı olaraq rahatlaşıb ki, hələ əsrlər, eralar bu kitabların üzərində davam edə bilər. Biz isə Tolstoyun saqqalının tükü qəbirdə nizamını itirməmiş “TikTok”u seçdik.

Əzəldən rahat olana qaçmaq, qısır əyləncəyə qurşanmaq bütün dinlərdə, mədəniyyətlərdə pislənib. Bu gün isə elliklə qısa videoların ovundayıq. Hər an “TikTok”da fərqli düşüncələr yaşayan adamlar niyə, necə kitab oxusun? Bu gün kitab oxumaq ən çətin bir bacarıqdır. Artıq çox az adamın qüdrəti bu işi görməyə çatır. Qalanları isə daha rahatına qurşanaraq ömürlük kitabını bağlayıb. Bu dünyanın ən seçilmişlərinin bizə təqdim etdikləri nəsnənin tamamını anlamağa təhəmmülümüz çatmır, hər şeyi dişə vurub atırıq. XXI əsri yaşadığımızı düşünürük, əslində isə çox şeyi adlayıb keçdiyimizdən yaşaya bilmirik – insanlar rahat ola bilmir.

Ağıllı telefonlara qədər insanlar dünyanın yanında olmağa çalışırdılar, indi isə bütün “dünya”nı əlindəki cihaza yığıb dünyanı yanında daşımağa çalışır. Ağıllı telefonlar və onların min virusundan biri olan qısa informatik videolar insanları yanıldır – adamlar elə bilir ki, ağıllı telefonlardan axan bu informasiyaları qəbul edirsə, demək dünyanın trendindədir, olanlardan-keçənlərdən xəbəri var, dəblə ayaqlaşır. Eşitdiyi hər məlumatı anında həyatına tətbiq etmək istəyir – qadınlar əlinə keçən meyvə-tərəvəzin – xiyarın, bananın qabığını üzünə yapışdırır, kişilər avtomobillərinin, saqqallarının başına oyun açır. Səbəbini soruşduqda da deyir ki, o gün “TikTok”da gördüm...

Zəngi, jurnalı tanımadığımız müəllimlərin əlində olan məcrasız bir məktəbin uşaqlarına çevrilirik. 

Bəli, bir zamanlar özümüzü dünyanın yanında hiss edirdik və bu doğru hissiyyat bizi dünya ilə həmsəs olmağı, əl-ələ yaşamağı, suyu, havanı, torpağı qorumağı sevdirirdi.

Köhnə kişilərin bərəkət dediyi, artıq adı qalıb içi buxarlanan bu enerji də məhz dünyanın yanında olmaq birliyindən doğurdu.

Çağdaş insan – yəni biz isə smartfonu əlimizə alıb, dünyanı özümüzlə gəzdirdiyimizi düşünürük, amma hamımız meqapolis məcnunlarına çevrilmişik, heç bir nailiyyəti görə bilmirik, özümüzü bu gözəl dünyada səhradakı kimi hiss edirik. Bu cihazları, sistemi quranlar da durumdan xəyyamca yararlanır.

Köhnə adamlar bəlkə də texnoloji nailiyyətsizlikdən dünyanın yanında olmağa çalışır və kaşif olurdu. İndi diskoveri özü yanımızdadı, sənin nəsə düşünməyinə lüzum qalmır.

İndi kəşşaflar sənə hazır kontent verir, məhsul o qədər boldur ki, sənin düşünməyinə zərurət qalmır. Macalsızlıqda bu internet videolarını, bu modern kontendi matah bilirsən və özünü mahiyyətcə lüzumsuz bu virtual bolluqda sabaha daşıyırsan. Ancaq bu məhsulların heç biri “yekəpər şir”in südü kimi təmənnasız şəfalı deyil. Bu məhsulların hamısı balıq üçün mavi dənizə sallanan soxulcan kimi cazibədardır, yemə yaxınlaşmağın isə son azadlığındır, davamında manqurt papağını qoruyan kimi bir əlin smartfonun ekranında qalır.

Beləliklə, daha bir Koroğlu erası bitir... Tüfəng çıxanda Koroğlu Misri qılıncı ilə qeybə çəkilən kimi, süni intellekt də böyük bir eranı sona çatdırır. Daha bir sivilizasiya bitməkdədir. Tolstoyu, Muğannanı dinləməyənlər, döşünün altını yox, üstünü dolduranların sivilizasiyası artıq son şəffaf sferasındadır. Bir səhər oyanacağıq ki, arılardı, quşlardı, bir də beş-üç nəfər. Artıq bunun cücərtiləri görünür. İndi dünyada yaşayanlar arılardı, quşlardı, bir də beş-üç nəfər.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri