Icma.az
close
up
RU
Kitab kimi adam Knyaz Aslan

Kitab kimi adam Knyaz Aslan

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Oxumaq - nəfəs almaq kimi bir şeydir"sə (Harber Lee), deməli, yaşamaq elə oxumaq deməkdi.

İslamın Peyğəmbərinə məxsus olduğu düşünülən və beşikdən məzara qədər öyrənməyi təlqin edən deyim var. XX əsrdə bu, lifelong education anlayışı olaraq rəsmiləşdi.

Beşikdən məzara qədər öyrənmək nə deməkdir?! Ömür boyu oxumaqdır, elə deyilmi?! Kitab oxumaq.

Qədimdən üzübəri daş, gil lövhə, perqament, papirus, sümük, fil dişi, dəri, parça, kağız, indi internet...

bunlar, sadəcə, daşıyıcılardır. Zamanla kitabın forması dəyişir, məğz isə həminki-həmişəkidir.

Ancaq kitabın ən dəyərli və etibarlı daşıyıcısı... insandır. Mən Universitetdə oxuduğum illərdə kitabşünas Hacı Həsənovu bir kitab-adam olaraq tanımışdım. Bu insan kitab bilicisi olmaqla yanaşı bilginin ayaqüstə gəzən kitabı idi. Knyaz Aslan da o ustadın cığırını tutub gedir. Üstəlik özü də şairdir, publisistdir, alimdir; tək kitabdan öyrənmir, təkcə kitabı öyrənmir və öyrətmir, həm də kitab yazır, oxudur, oxunur...

Şərqdə "beşikdən məzara qədər" dedik, Qərbdə "lifelong" dedilər. Fərqli adlar altında eyni anlayışdır bu.

Mən bu haqda daha əvvəl yazmışdım: biz kitabla başlayıb, kitabla bitirik - Əlifbadan öyrəndiyimiz hərflərdə başlanırıq, axırda Qurani-Kərimdən ruhumuza oxunan Yə Sin-lə nöqtələnirik. Bu iki kitab arasında isə kitablara sığan, kitabları sığdırdığımız həyat var.

Əvvəlimizdəki kitabla sonumizun kitabı arasındakı boşluğu yazıçıların, şairlərin, publisistlərin, filosofların, tarixçilərin, bioqrafların və sair və ilaxır kitabları ilə doğru-düzgün doldura bilməmişiksə - bu dərin və geniş boşluğu götürüb Allahın qarşısına əliboş necə gedərik?! Bunu hər kəs düşünməlidir, məncə.

Hə, deyərsiniz, kitab oxumağımız Allah üçün bu qədər önəmlidirsə, tarix boyu dini məbədlər niyə kitab yandırıb?!

Doğrudur, tarixdə kitab yandıran çox olub. Ərəb xilafəti də kitab yandırmışdı, Roma Katolik kilsəsi də. Hitler də kitab yandırmışdı, Stalin də. 16-cı əsrin ortasından 20-ci yüzilin "günorta"sına qədər yandırılmış kitabların və müəlliflərin adlarını oxuyanda, adamın başından tük qabarır. Tarixdən yadınızdadır: Cordano Brunonun kitablarını yandırmaqla Katolik Kilsəsinin "ürəyi soyumamışdı", axırda alimin özünü də tutub Romanın ortasında diri-diri yandırdılar.

Təkcə Cordano Bruno ilə bitmədi bu zillət. Kitabları qadağan olunanlar arasında kimlər var, kimlər! Qalileydən, Makiavellidən Erasmus Darvindən Dekarta, Makiavelliyə, Frensis Bekona, Tomas Hobbsa, Devid Yuma, Con Lokka, Spinozaya, Kanta qədər elm inqilabçıları, Volter, Russo, Monteskyö, Didro, Helvetsi, Holbax kimi fransız maarifçiləri,

Dante, Monten, Balzak, Hüqo, Lafonten, de Sad, Daniel Defo, Andre Jid, Flober, Zolya, Hayne, Sartr, Anatol Frans... kimi söz və fikir nəhəngləri həmin o "qara siyahı"daydı.

Təsəvvür edin, bu adları bəşəriyyətin yaddaşından silsək, nəinki ədəbiyyat, elm, fəlsəfə, hətta tarix də qalmaz. Həmin müəlliflərin bir çoxunun kitabları öz sağlığında yandırılırdı. Kitab yandırmaq kimi vəhşi ənənə hətta indi də (hətta Avropanın mərkəzində belə) fraqmentar olsa da, davam edir. Bəlkə həmin o dəhşət dolanbacları, vəhşət labirintləri Sözün süzgəci, fikrin "filtir" idir. Bəlkə biz qədrini bilək deyə bu sınaqlardan keçir Söz, fikir. Tanrının hikmətidir bu bəlkə elə. Bilmirəm.

İndi soruşacaqsınız ki, bütün bunların Knyaz Aslanla nə əlaqəsi var?!

Deyim: məşhur dissident, şair, repressiya qurbanı İosif Brodski yazırdı ki, kitabı oxumamaq onu yandırmaqdan da pisdir.

Brodskinin sözünə qüvvət: kitab oxumayan cəmiyyət öz kitabını öz əli ilə bağlayır. Özü özünü nəfəs almaqdan məhrum edir. Ancaq yazan, kitab oxuyan və kitab oxutduran - kitab oxumağı öyrədən adamlar cəmiyyətə nəfəs verir. Kitabxana ictimai tənəffüs aparatı kimi bir şeydir. Bu mənada kitabı öyrənən, kitabı öyrədən insanlar əslində özlüyündə böyük dəyərdir.

Knyaz Aslan bu dəyərlər sırasındadır.

Bəlkə də tarixlə, fəlsəfi düşüncələrlə oxucunu yordum.

Mən bu yazını başqa cür də yaza bilərdim. Məsələn, deyərdim ki, Knyaz Aslanla bir il tələbə yoldaşı olmuşuq. Niyə bir il? Çünki o vaxt - Sovet dövrünün axırlarında belə bir qayda vardı: tələbə birinci kursu bitirdikdən sonra hərbi xidmətə gedirdi. Əgər əvvəl hərbi xidmətdə olmamışdısa.

Odur ki, mən də birinci kursu bitirib, əsgərliyə getdim. İki ildən sonra qayıdıb gəldim, ikinci kursdan davam etdim, Knyaz Aslan, eləcə də, başqa kurs yoldaşlarım artıq 4-cü kursa keçdilər. Eyni ildə Universitetə qəbul olunsaq da, onlar məndən iki il əvvəl məzun oldular. Knyaz Aslan yaşda da məndən böyük idi. Aramızda hardasa 4 il yeddi ay yaş fərqi var. Mənim 60 yaşım aprelin sonunda tamam oldu, onun 65 yaşı bu gün - dekabrın 25-də tamamdır və sair və ilaxır.

Bunlar kimin üçün maraqlı olardı və ya kimə lazımdır?! Şəxsi xatiratdan adi təfərrüatdan başqa heç bir şey ifadə etməyəcəkdi. Biz isə, sadəcə, quru ölçü kəmiyyəti deyil, canlı insan cəmiyyətiyik axı. Knyaz Aslan da bu cəmiyyətin önündə gedən Söz öncüllərindəndir.

Bu dəyərli aydınımızın 65 illik yubileyinə bu sətirləri həsr etmək qismətimdə var imiş. Nə yaxşı var imiş!

Şair, alim, müəllim, qazi, gözəl insan, ulu Borçalını sazlı-sözlü gülü Knyaz Aslanı ürəkdən təbrik edirəm, sağlam, uzun, daha da gözəl illər arzilayıram.

Sözü sənə, səni də Allaha əmanət edirəm, qardaş!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri