Icma.az
close
up
RU
Kitab oxumaq niyə vacibdir?

Kitab oxumaq niyə vacibdir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İnsanlar kitab oxumaqdan zövq almaqla yanaşı bu onların həm zehni, həm də fiziki sağlamlığa bir çox töhfələr verir.

"Cebheinfo.az" xəbər verir ki, elmi araşdırmalar hər gün kitab oxumağın 6 faydasını aşkarlayıb.

Bu faydalara əsasən, kitab oxumaq uzunömürlülüyə kömək edir: 

ABŞ-dəki Yale Universitetinin apardığı bir araşdırmaya görə, bədii kitablar oxumaq təxəyyülü stimullaşdırır. Bu, zehni aktiv saxlamağa kömək edir və daha uzunömürlü olmağa kömək edir. Bundan başqa, yaşlandıqca idrak geriləməsini yavaşlatır.

Araşdırmalara görə, müntəzəm olaraq kitab oxuyanlar yaşlandıqca idrak qabiliyyətlərini oxumayanlara nisbətən daha yaxşı saxlayırlar. Yaddaş itkisi və düşünmə bacarıqlarının azalması daha az olur.

Eləcə də kitab oxumaq stressi azaldır. Belə ki, kitab oxumaq gündəlik həyatın stresslərindən uzaqlaşmaq və zehni rahatlatmaq üçün sağlam bir yoldur. Şüuru, nikbinliyi, xoşbəxtliyi və digər müsbət emosiyaları artırır.

Həmçinin zəkanı yaxşılaşdırır. Yəni kitab oxumaq beyin üçün bir məşq kimidir. Beyninizdən nə qədər çox istifadə etsəniz, bir o qədər yaxşı işləyir. Bilik tutumunuzu artırır.

Aparılan elmi tədqiqatlara görə, uşağın uşaqlıq dövründə oxumaq bacarıqları nə qədər güclü olarsa, güclü zəka inkişaf etdirmə ehtimalı bir o qədər yüksəkdir. 

Kitab oxumaq sosial bacarıqları da inkişaf etdirir. Araşdırmalar göstərir ki, tez-tez kitab oxuyan insanlar oxumayanlarla müqayisədə daha güclü sosial və davranış bacarıqlarına malikdirlər.

Bu, başqalarının nə düşündüyünü və hiss etdiyini anlamaq üçün bir fürsət yaradır. Özünəinam və iddialılığı artırır. Yuxu keyfiyyətini yaxşılaşdırır. Yuxuya getməyi asanlaşdırır və yuxu müddətini uzadır.

Qeyd edək ki, Azərbaycanda bu gün də kitabsevərlər var. Ancaq bu da bir faktdır ki, ötən illərə nisbətən oxucu sayında azalma müşahidə edilir. 

Mütəxəssislər bunu elektron kitabların olması, sosial problemlər, real həyata daha çox inamın olması, son illər ölkəmizdə yaxşı əsərlərin sayının azlığı kimi müxtəlif amillərlə izah edirlər.

Ancaq unutmamalıyıq ki, "Kitablar insanların dostudur" kəlməsi, kitabların insanlara bilik, dostluq, empatiya və sadiq yoldaşlar olduğunu, onları dəyişdirdiyini, heç vaxt yalan danışmadığını və çətin anlarında bir "sığınacağı" təmin etdiyini ifadə edir.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri