Icma.az
close
up
RU
Kitabda bu sözə rast gəldik, saytın adını da “” qoyduq Əli Vəliyevlə YUBİLEY MÜSAHİBƏSİ

Kitabda bu sözə rast gəldik, saytın adını da “” qoyduq Əli Vəliyevlə YUBİLEY MÜSAHİBƏSİ

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün “Manset.az” saytının 5 yaşı tamam olur.

Lent.az yubiley münasibətilə saytın həmtəsisçisi və baş redaktoru Əli Vəliyevdən müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Əli bəy, necə oldu ki, “Manset.az” yarandı? Onun ideya müəllifi kimdir? Niyə saytın adını məhz manşet seçdiniz?

- “Manset.az” saytını Famil Fərhadoğlu ilə birlikdə təsis etmişik. Xatırlayıram, beş il əvvəl may ayının sonları idi, biz açacağımız saytın adı ilə bağlı müzakirələr aparırdıq. Elə həmin ərəfədə media haqqında bir kitabda manşet sözünə rast gəldik. Düşündük ki, bu ad sayt üçün idealdır. Həm də ki, manşet sözü ən vacib, əhəmiyyətli, diqqət çəkən mənasını ehtiva etdiyi üçün xəbərlə də tam səsləşirdi. Elə bu addan yola çıxaraq “Manset.az” xəbər portalını təsis etdik.

- “Manset.az”ın işində üç təməl prinsip nədir?

- Famil bəylə mən jurnalistikanı bitirmişik. Ona görə də çalışdığımız saytı da məhz jurnalistikanın prinsip və etikasına uyğun formada idarə edirik. “Manset.az”ın üç təməl prinsipi, jurnalistikanın prinsipləri ilə - dəqiq, vicdanlı və qərəzsizlik eynidir. Lakin bu gün sosial şəbəkələrin aktiv olduğu dövrü də nəzərə alıb, həmin prinsiplərə doğruluğu da əlavə edə bilərik. Çünki indi xəbərlərin doğruluğu çox önəmlidir.

Çox xoşbəxtəm ki, keçən beş il ərzində “Manset.az” xəbər portalı bir dəfə olsun yanlış məlumat yayımlamayıb. Bizim dərc etdiyimiz müsahibələri, özəl açıqlamaları, eksklüziv xəbərləri bir çox agentliklər, xəbər portalları, saytlar istinadla yayımlayıblar. Əlbəttə, bu, peşəkarlığın göstəricisidir.

- Famil bəy həmtəsisçi-direktordur, siz isə həmtəsisçi-baş redaktorsunuz. Bəs işçilər müdir deyəndə hansınızı nəzərdə tuturlar? “Manset.az”ın müdiri deyəndə kimi nəzərdə tuturlar?

- “Manset.az”da Famil bəy ilə mənim işlərimiz bölünüb, hərəmizin başqa öhdəlikləri var. Müdir ifadəsinə gəlincə, əməkdaşlar ikimizi də müdirləri hesab edirlər, ayrı-seçkilik qoymurlar.

- Xətrini ən çox istədiyiniz işçiniz kimdir?

- Əməkdaşlarımızın hər birinin xətri bizim üçün çox əzizdir. İlk jurnalistika təcrübəsini bizdə keçən müxbirlərin bir çoxu indi Azərbaycanın ən önəmli portallarında, televiziyalarında təmsil olunurlar. Biz buna görə xoşbəxtik. Onların hər birinin xətrini çox istəyirəm. Amma ən çox kiminlə əlaqə saxlayıram, deyə soruşsanız, admin-redaktorumuzu deyərdim.

- “Manset.az”da xəbər dərc olunmamış siz öz sosial media hesabınızda onun anonsunu paylaşırsınız. Biz adətən portalın xəbərlərini elə məhz sizin feysbukunuzdan görüb, oxuyuruq. Bu barədə siz daha çeviksiniz, yoxsa sosial media meneceriniz?

- Mənim həm feysbukda, həm də digər sosial şəbəkələrdə izləyici kütləm çoxdur. Xüsusilə “TikTok” platformasında nəinki Azərbaycanda, hətta Cənubi Qafqaz üzrə ən çox izləyici və izlənmə sayı mənim kanalımdadır. Bir reallığı etiraf etməliyik ki, Azərbaycanda sosial və siyasi jurnalistika anlayışını sosial şəbəkələrə uğurla əks etdirməyi bacaran adamlardan biri mənəm. Əlbəttə, siması tanınan şəxs olduğum üçün hələ özəl xəbər hazırlanmadan mən anonsunu verəndə insanlar bizi daha çox izləyir. Lakin bütün bunların fonunda istər mənim, istər SMM-in fəaliyyəti “Manset.az”ın uğurları baxımından ön plandadır. “Manset.az”ın sosial şəbəkə hesabları da çox aktivdir. Bunu saytımızın reytinqindən də görə bilərsiniz.

- İşə yeni əməkdaş götürərkən hansı kriteriyalara əsasən onlar arasında seçim edirsiniz? İki nəfər arasında qaldıqda, sizin seçdiyiniz şəxs işə qəbul edilir, yoxsa Famil bəyin? Yekun sözü kim deyir?

- Bizimlə çalışmış və çalışan bütün əməkdaşlarımızı seçim yolu ilə işə götürmüşük. Müsabiqə elan edirik, CV-lərə baxıb, müsahibəyə dəvət edirik. Vakansiya ilə bağlı namizəd qapıdan içəri daxil olanda biz onun hansı məqsədlə burada olduğunu hiss edirik. 

Mən illərlə televiziyalarda, "ATV" və "Xəzər" telekanallarında çalışmışam. Xəbərlər xidmətinə, sosial-ictimai proqramlara, eyni zamanda "Baku Eurovision", "Baku 2015" kimi layihələrə təşkilatçı kimi rəhbərlik etmişəm. Böyük kollektivlərlə işlədiyim üçün "Manset.az"a müxbir seçimi mənim üçün çox asandır.

Ümumiyyətlə, namizədər arasında seçim etdikdə, Famil bəylə müzakirə edərək, ortaq qərar veririk, bununla bağlı indiyə qədər problemimiz olmayıb. “Manset.az”da çalışan əməkdaşlara 3-4 ay, 1-2 il sonra daha yüksək əmək haqqı təklif edərək, başqa yerlərə dəvət edirlər. Çünki biz onları yetişdiririk, onlar da bu müddətdə öz üzərlərində işləyirlər. “Manset.az” xəbər portalında işçinin əsas qayəsi çalışmaqdır. Əgər əməkdaş onu bacarmırsa, o halda bizim yollarımız ayrılır.

- Əməkdaşlarınızla bağlı maraqlı bir xatirəniz varsa, bölüşə bilərsiniz?

- “Manset.az”da çalışan xanımların mütləq hamısının adı Fidan olub. Bilmirəm, bu təsadüfdür, ya nə, amma telefonumda “Manşet Fidan 1”, “Manşet Fidan 2”... kimi onlarla Fidan var. İndi “qafqazinfo”da çalışan Fidan Etibar bizim əməkdaşımız olub, hazırda “Manset.az” da çalışan iki Fidan xanım əməkdaşımız var. “Xalq Qəzeti”ndə, “İctimai televiziyada” çalışan Fidanlar da bizim əməkdaşlarımız olub. Onu da deyim ki, Fidan adı “Manset.az”da çox uğurlu olub. Fidan adlı müxbirlər həm potensiallı, həm də uğurlu olublar.

- “Manset.az”ın bundan sonrakı hədəfləri nədir?

- “Manset.az” təsis olunanda qarşısına qoyduğu prinsiplərə bundan sonrakı dövrdə də əməl edəcək. Bizə olan inamı və güvəni heç vaxt sarsıtmamağı, dəqiq, vicdanlı olmağı hər şeydən üstün tutacağıq. “Manset.az”ın yayımladığı xəbərlər bu gün müxtəlif saytların manşetlərindədir. Dostumuz olan sayt rəhbərlərindən biri bu yaxınlarda deyir ki, redaktora tapşırmışam, əgər “Manset.az”da xəbər görmüsənsə, dərhal onu verə bilərsən, çünki onlara inam çoxdur, heç vaxt yalan məlumat yaymırlar.

Biz də bundan sonrakı illərdə qərəzsiz, vicdanlı və düzgün xəbərlər yayımlamağı qarşımıza məqsəd qoymuşuq. Bununla yanaşı sosial şəbəkələrdə də aktivliyimizi artırmağı, xəbərlərimizi daha geniş sferaya çatdırmağı düşünürük. Çünki hazırkı dövr üçün sosial şəbəkə reallığı var. Orada paylaşılan xəbərlərin saytın reytinqinə və giriş imkanlarına təsiri böyükdür.   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyun 2026 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri