Icma.az
close
up
RU
.. KİTABI BÖYÜKDÜR, DƏRSLİYİ ÇOXDUR

.. KİTABI BÖYÜKDÜR, DƏRSLİYİ ÇOXDUR

Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

.. KİTABI BÖYÜKDÜR, DƏRSLİYİ ÇOXDUR

Söz ... Sözdən poetik dünya quranlar, yaradanlar... Sözün mahiyyətini dərindən duyanlar , Sözün məsuliyyətini dərindən dərk edənlər bu dünyanı, Söz dünyasını yarada bilər. Təbii ki, Azərbaycan ədəbi dilini dərindən bilən və bu ədəbi dilin incəliklərini, müdrikliyini təbliğ və tərənnüm edənlər Söz dünyasının əbədiyaşarlarına çevrilirlər. Xurşudbanu Natəvan , Mədinə Gülgün, Hökumə Billuri, Mirvarid Dilbazi ədəbi və poetik irsini öz qələmində , Söz dünyasında yaşadan və o zirvəyə ucalan şairələrdən biri də poeziyamıza böyük töhvələr verən dəyərli Şairəmiz , qələminin hərəkət dinamikası ilə seçilən , çoxşaxəli mövzulara müraciət edərək qələmini, sözünü təsdiqləyən Sailə Pənahdır.

Həyat və poeziya məktəbinin atası Pənah bəydən alan şairə atasının şerləri, saz-söz havacatları ilə böyüyən , sinəsinə basdığı sazın havaları ilə ilham alan və mətinliklə sözünü deyən bir Ziyalı, Şəxsiyyət ucalığına yüksəldi. Qüdrətli bir həyat məktəbi keçdim, Mənim məktəbimin sinifi yoxdur... Bu yolda Atamı müəllim sanmışam, Məktəbi böyükdür, dərsliyi çoxdur. Bu şairənin etirafıdır.Etiraf etmək özü bir müdriklikdir. Azərbaycanı varlığı ilə sevən , onun uğurlarını misralara çevirən şairə uğurları üçün atasına borclu olduğunu hər zaman dilə gətirir.Dünyadan erkən köçən anasının laylasından qopan sözlər onun söz dünyasının mayasını, qayəsini təşkil etdiyini də hər zaman qeyd edir. Qeyd edim ki, şairənin şerlərinin böyük əksəriyyətini dəyərli bədii qiraətçi Xəzər Süleymanlı səsləndirib. Həttda Xəzər bəyin avazında, səsində Sailə Pənahın şerləri Heydər Əliyev sarayında səsləndirilib.Çox saylı sözlərinə mahnılar yazılıb və yazılmaqdadır. Hər nəğməsində movzuya yanaşma tərzi fərqli və özəldir. Ona görə də sozlərdən doğan mahnılar sevilir, seçilir. Yradıcılığının zirvə şeri olan “Dağıl demək istəmirəm dünyaya” yaxınlarda müğənni Baba Dərələyəzin ifasında tamaşaçılara təqdim olunacaq. Biz də Sailə xanıma yeni yaradıcılıq uğurları arzu edirik. Yaxşı ki, poeziyamızda varsınız.Müqəddəs ziyarətiniz mübarək olsun.Dualarınız çin olsun. Siz xoşbəxt övladsınız ki, ata ruhunu ,onun irsini şərəflə yaşadırsınız.Və bununla da, onun ruhuna şerlərinizlə sərinlik qatırsınız. Uğurlarınız bol sevinciniz Söz dünyamız qədər olsun! Amin!

Alim Nəbioğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 Avqust 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see342

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see278

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see275

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see267

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see245

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see203

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see178

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see176

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see172

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see170

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see168

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see168

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see167

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see157

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see156

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see153

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see152

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see146

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri