Icma.az
close
up
RU
Kitablar dövrünün salnaməsidir

Kitablar dövrünün salnaməsidir

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tural AXUNDOV
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru, "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin sədri

Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir.
Nəcəf bəy Vəzirov

Oktyabrın 1-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-ci Beynəlxalq Kitab Sərgisi açıldı. Ölkədə baş tutan mühüm tədbirlər, o cümlədən kitab sərgiləri günün reallığı ilə, cəmiyyətin qarşıya qoyulduğu hədəflərlə bağlı olur. İndiki zamanda ölkəmiz üçün prioritet məsələlərdən biri ən müasir texnologiyaların respublikamıza gətirilməsidir. Prezident cənab İlham Əliyevin də söylədiyi kimi, "XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır". 7 oktyabra qədər davam edəcək sərginin mövzusu bu sahə ilə səsləşir: "TEXNO-İNSAN - dünənin əfsanəsi, bu günün hadisəsi".

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hər il təşkil etdiyi Beynəlxalq Kitab Sərgisi ölkəmizin kitab mədəniyyəti üçün mühüm hadisədir. Bu sərgilər mütaliəni təbliğ etməkdən başqa, ziyarətçilərin dünyagörüşünü genişləndirir, onlara yeni və nadir nəşrlərlə tanış olmağa imkan verir, oxucular, müəlliflər və nəşriyyatlar arasında ünsiyyət platforması yaradır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi rəqəmsal dövrə kimi kitab hamı üçün ən etibarlı bilik mənbəyi olub. XV əsrin ortalarında Almaniyanın Frankfurt şəhərində dünyada ilk dəfə keçirilən kitab sərgisindən başlayaraq XXI əsrə qədər kitab yarmarkaları mədəniyyət sahəsinin ən möhtəşəm hadisələrindən sayılırdı. Kitaba bu gün də maraq var. Təsadüfi deyil ki, Frankfurt kitab yarmarkası 500 ildən çox tarixi olan ənənəni indi də uğurla davam etdirir.

Respublikanın qabaqcıl nəşriyyatlarından biri olaraq, demək olar ki, bütün yerli və beynəlxalq sərgilərdə iştirak etmişik. Mükafatlarımız da çoxdur. Azərbaycan reallığını əks etdirən kitablarımız həmişə maraqla qarşılanıb. Çalışmışıq ki, sərgilərə yaxşı kitablarla gedək. "Yaxşı kitab" deyəndə həyatını kitab nəşrinə həsr edən mərhum atam Bəhruz Axundovun sözlərini xatırlayıram. O, həmişə deyirdi ki, "pis kitab yoxdur, pis naşir var". Əslində, doğrudan da, naşir həyata vəsiqə verdiyi hər bir kitaba görə məsuliyyət daşıyır.

Yaxın zamanlara qədər ölkəmizdə çap məhsullarının, o cümlədən kitabların böyük bir hissəsinin mövzusu daha çox torpaqlarımızın işğaldan azad olması, haqq səsimizi dünyaya çatdırmaq, tarixi ədalətin bərpası üçün səylərimizi ifadə edirdi. O zaman nəşriyyatımızda işıq üzü görən "Qarabağ: real tarix, faktlar, sənədlər" kitabı da elə bu zərurətdən yaranmışdı. "Qarabağ: real tarix, faktlar, sənədlər" kitabı 2005-ci ildə Moskvada keçirilən MDB ölkələrinin II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla 1-ci yerə layiq görüləndə sevincimizin həddi-hüdudu yox idi. Bu uğur bizi sanki Qarabağın işğaldan azad olunmasına bir addım yaxınlaşdırmışdı. Arzularımızın gerçək olacağına ümidimiz daha da artmışdı. O zaman bu məzmunlu kitablar çox idi. Alimlər, publisistlər, naşirlər, bir sözlə, hər kəs torpaqlarımızın qurtuluşu naminə əlindən gələni etmək istəyirdi.

İndi reallıq başqadır. Bu gün biz qalib xalqıq. Artıq dünya ölkələrinə haqq səsimizi eşitdirmək, onları ədalətli yanaşma sərgiləməyə təşviq etmək kimi cəhdlərimiz tarixə dönüb. Biz müstəqilliyimizin, suverenliyimizin təntənəsini qurub-yaratmaqla, regionumuzda sülhü bərqərar etməyə çalışmaqla  nümayiş etdiririk. Kitablarımızın mövzusu da günümüzün reallığını əks etdirir.

Bir xalq olaraq bu yerə addım-addım gəldik. Atdığımız hər addımın bizi böyük Zəfərə yaxınlaşdırdığı enişli-yoxuşlu uzun bir yol keçdik. Adi vətəndaşlar olaraq Böyük Zəfərə nə qədər yolumuz qaldığını biz bilmirdik, amma dövlət başçımız bilirdi! Möhtərəm Prezidentimiz hər dəfə "Biz torpaqlarımızı işğaldan qurtaracaq, suverenliyimizi bərpa edəcəyik!" deyəndə bunun nə zaman olacağını da düzgün təxmin edirdi və bu sözləri qətiyyətlə söyləyirdi. Siyasi iradə, səbirlilik, diplomatik hünər! Bu keyfiyyətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi missiyasına bələdçilik etdi. İndi biz qürurla "Qarabağ Azərbaycandır!" deyəndə iddiamız qeydsiz-şərtsiz qəbul olunur. Artıq bu iddiaya qarşı gələn, onu yalanlamağa çalışan dillər susub. Onları Prezident İlham Əliyevin diplomatik bacarığı və Azərbaycan Ordusunun döyüş əzmi susdurub.

Bir zamanlar Ulu öndər Heydər Əliyev necə gözəl demişdir: "Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq!" O gün gəlib! Heydər Əliyev güclü dövlət yaratmaqdan başqa, özündən sonra onu qoruyub uğurla irəli apara biləcək lider də yetişdirib. Ulu öndər İlham Əliyev haqqında danışanda "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyirdi. Zaman onun nə qədər uzaqgörən olduğunu göstərdi. Qısa zamanda yüksək erudisiya və idarəetmə bacarığına malik lider olduğunu bütün dünyaya sübut edən Prezident İlham Əliyev Ulu öndərin müəyyən etdiyi strategiyanı yeni dövrün ruhuna uyğun uğurla həyata keçirərək müdrik qərarları ilə ölkəmizin həyatında yeni səhifə açdı. Prezidentimiz xalqın güclü dəstəyini əldə etdi və bu birlik nəticəsində ata vəsiyyətini, onun ən böyük arzusunu gerçəkləşdirdi. Azərbaycan Ordusunun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsilə başa çatdı. Müharibənin gedişində siyasi partiyalar, QHT-lər, media qurumları Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bəyan etdi. Dünyanın gözü qarşısında əsl vətəndaş həmrəyliyi, Xalq-Ordu-Prezident birliyi yarandı. Bu birlik dövlətçiliyimizin təməllərinin möhkəm olmasının, Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsi idi. Vətən müharibəsindəki Zəfərdən danışarkən Prezident xalqına verdiyi dəyəri belə ifadə etmişdir. "Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".

Müharibədən sonra keçirilən antiterror əməliyyatı suverenliyimizin bütün ölkə ərazisində tam bərpa olunması ilə nəticələndi.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Ölkənin digər bölgələrində də yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Dövlət başçısı hər bir sahə ilə şəxsən maraqlanır, problemlərin həlli üçün qətiyyətli addımlar atır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul olunur. Azərbaycan başdan-başa qazlaşdırılır. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir edilir. İlham Əliyevin təşəbbüsü ilə yaradılan "ASAN xidmət" mərkəzlərində vətəndaşlara şəffaf və daha keyfiyyətli rahat elektron xidmətlər göstərilir. Azərbaycan brendi olan "ASAN xidmət"  dünyada böyük maraqla izlənilir və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Azərbaycanın iştirakçısı olduğu qlobal layihələr Avropanın enerji xəritəsini dəyişib. Azərbaycan Prezidentinin enerji siyasəti ilə bağlı reallaşan layihələr regional çərçivələri çoxdan aşıb. Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP boru kəməri, TAP layihəsinin icrası ... bütün bunlar Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq qlobal layihələrdir. Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması da Azərbaycanı Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevirib. Hələ qarşıda iki qitəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması var!  Prezident İlham Əliyev yorulmaz fəaliyyəti ilə yeni reallıq yaradıb. Yeni reallıqda vaxtilə başqalarının diqtəsi ilə hərəkət edən Azərbaycan bərabərhüquqlu münasibətlər quran bir ölkə kimi çıxış edir. Prezidentimizin apardığı xarici siyasət Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Ölkəmizin  beynəlxalq aləmdə nüfuzu artıb. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Diplomatik səriştəsi, liderlik qabiliyyəti sayəsində böyük nüfuz qazanan İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə İslam ölkələrinin inteqrasiyası, Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi üçün sanballı təklifləri ilə beynəlxalq siyasətə də töhfə verir.

Ermənistan Respublikası ilə sülh müqaviləsinin bağlanmasına çox yaxın olduğumuz bu günlərdə Azərbaycan xalqı regionda stabilliyin, əmin-amanlığın yaranması üçün səy göstərən Prezidentinin liderlik bacarığını yüksək qiymətləndirir və belə bir lideri olduğu üçün böyük iftixar hissi keçirir. Azərbaycan xalqı Prezidentinə güvənir, çünki  dövlətimizin onun başçılığı ilə daim güclənəcəyinə inanır. Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Bizim yazdığımız, nəşr etdiyimiz kitablar isə dövrümüzün şanlı tarixinin salnaməsini yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri