Icma.az
close
up
RU
KİV: ABŞ Ər Riyada “F 35“in baza versiyasını tədarük edəcək

KİV: ABŞ Ər Riyada “F 35“in baza versiyasını tədarük edəcək

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahunu əmin edib ki, Səudiyyə Ərəbistanı "F-35" qırıcısının yəhudi dövlətində olan ən qabaqcıl versiyasını almayacaq. Krallıq təyyarənin əvvəlki modifikasiyasını əldə edəcək.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Axios" portalı diplomatik mənbələrə istinadla yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp vəd edib ki, Vaşinqton Səudiyyənin təhlükəsizliyini gücləndirmək üçün Ər-Riyada ABŞ-nin beşinci nəsil qırıcılarının ən müasir nümunələrini tədarük edəcək. ABŞ liderinin bəyanatı Yaxın Şərqdə bu qəbildən təyyarələrə malik olan yeganə ölkəni - İsraili narahat edib.

Rubio İsrailə söz verib ki, Səudiyyə Ərəbistanına silah tədarükünə dair sazişin Yaxın Şərqdə İsrail Müdafiə Ordusunun keyfiyyətli hərbi üstünlüyünü zədələməyəcəyinə əmin olmaqdan ötrü əlavə məsləhətləşmələr aparacaq. Vaşinqton regional güc balansını yəhudi dövlətinin xeyrinə qorumaq konsepsiyasına əməl etməyə davam edir.

Noyabrın 18-də Məhəmməd bin Salman Əs Səud 2018-ci ildən etibarən ilk dəfə olaraq Vaşinqtona səfər edib və Trampla bir sıra danışıqlar aparıb. Səfər zamanı iqtisadi sahədə, eləcə də müdafiə sahəsində bir sıra sazişlər imzalanıb. ABŞ lideri bəyan edib ki, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına NATO-nun hüdudlarından kənarda Vaşinqtonun əsas müttəfiqi statusu verib. /Oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri