KİV: ABŞ nin keçmiş konqresmeni yeddi ildən artıq həbs cəzasına məhkum edilib
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Nyu York ştatının Məhkəməsi 2023-cü ildə ABŞ Nümayəndələr Palatasından qovulan respublikaçı Corc Santosu dələduzluq və şəxsi məlumatların oğurluğu ittihamı ilə 87 ay həbs cəzasına məhkum edib.
“Report” xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə həbs müddəti ilə yanaşı, 36 yaşlı Santosun 374 min dollar təzminat ödəməsi barədə qərar qəbul edib.
2024-cü ilin avqustunda Santos seçkiöncəsi kampaniya vəsaitlərini şəxsi məqsədlərə, o cümlədən bahalı dizayner geyimlərinə minlərlə dollar xərclədiyini etiraf edib. O, işləməsinə baxmayaraq, pandemiya zamanı işsizlik müavinəti alıb. Bundan əlavə, Santos gəlirləri ilə bağlı Konqresə yalan məlumat verib.
2023-cü ilin sonunda Santos tarixdə Konqresin aşağı palatasından qovulan altıncı konqresmen olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Aprel 2025 03:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















