KİV: Britaniya və ABŞ Atlantik okeanında Rusiya tankerinin hərəkətini izləyir
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Böyük Britaniya, İrlandiya, ABŞ və Fransa Atlantik okeanında Rusiyanın "Marinera" neft tankerinin hərəkətini izləmək üçün hava vasitələri cəlb edib.
APA xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, son günlər ərzində İngiltərənin Safolk qraflığında yerləşən Mildenhol aviabazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "P-8" tipli kəşfiyyat təyyarəsi tanker istiqamətində uçuşlar həyata keçirib.
Eyni zamanda, Şotlandiyanın şimal-şərqindəki Lossimut bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinin "Eurofighter Typhoon" qırıcısı havaya qalxıb.
Əməliyyata Fransa Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi və İrlandiyanın Hava Korpusuna məxsus təyyarə də cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 07 Yanvar 2026 06:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















