KİV: İran ordusu İsrailin mümkün hücumuna cavab olaraq əks hücum planı hazırlayıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran İsrailin mümkün hücumuna dərhal cavab verəcəyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “The New York Times” mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, İran ordusu və hökumət rəsmiləri İsrailin hücumu halında cavab tədbirləri müzakirə ediblər.
“İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailin ərazisinə dərhal əks hücumu nəzərdə tutan cavab planı hazırlayıb”, -qeyd edilib.
Qeyd edək ki, daha əvvəl CBS telekanalı məlumat yayıb ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa hazır olması barədə məlumat alıblar.
“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.
Ötən gün İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-la müharibə olacağı təqdirdə Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarına hücum edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















