KİV: Konqo DR də hərbi qüvvələrlə üsyançılar arasında döyüşlərdə 17 nəfər həlak olub, yüzlərlə insan yaralanıb
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində Konqo ordusu ilə “23 Mart Hərəkatı” (M23) üsyançı qrupu arasında ötən gecə başlanan döyüşlərdə azı 17 nəfər həlak olub, 367 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından əldə etdiyi məlumatlara istinadən bildirib.
“Cərrahlar yaralıların böyük axını ilə mübarizə aparmaq üçün gecə-gündüz işləyirlər, çünki döyüş əməliyyatları davam edir”, – agentliyin həmsöhbəti açıqlayıb.
Qoma həkimləri şəhər sakinlərini yaralıların xilas edilməsi üçün qan verməyə çağırırlar. Ölənlərin və yaralıların sayı barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Qoma şəhəri 2 milyon əhalisi olan Şimali Kivu əyalətinin inzibati mərkəzidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Yanvar 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















