KİV: Trampın viza rüsumunu artırması ABŞ biznesinə 14 milyard dollara başa gələcək
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Trampın H-1B vizalarına görə haqqın artırılması haqqında fərmanı ilə əlaqədar yerli şirkətlərin əlavə xərcləri 14 milyard dollar təşkil edə bilər.
Oxu.Az bildirir ki, bu barədə məlumat "Financial Times" qəzetinin ABŞ İmmiqrasiya Xidmətinin statistikasına əsaslanan hesablamalarında yer alıb.
Ötən ilin nəticələrinə görə, ABŞ İmmiqrasiya Xidməti təxminən 141 min H-1B vizası verib. Əgər onun dəyəri 100 dəfə artarsa - hər viza üçün 100 min dollara çatdıqda, ABŞ şirkətləri 14 milyard dollar ödəməli olacaqlar. Belə viza sahiblərinin təxminən üçdə ikisi ABŞ-nin İT sənayesində çalışır.
H-1B viza sahiblərinin əksərinin çalışdığı ilk 10 şirkət arasında "Amazon", "Microsoft", "Meta", "Apple" və "Google" daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Sentyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















