Icma.az
close
up
RU
Bu “köç” fəsadlar törədir, bir “layk” ev yıxır Psixoloqdan XƏBƏRDARLIQ

Bu “köç” fəsadlar törədir, bir “layk” ev yıxır Psixoloqdan XƏBƏRDARLIQ

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Hüquq üzrə fəlsəfə doktoru Fərhad Mehdiyev bu günlərdə cəmiyyətdə yeni formalaşmış davranış formalarına diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, o, sosial şəbəkələrin ölkə nüfusun ciddi hissəsini “psixoloji xəstəliyə saldığını” bildirib. 

“Düşünün ki, bir insan evinin pəncərəsini açır, özünə güzgüdə baxaraq küçədən keçən insanlara başın ora-bura çevirir, ya da başlayır gün ərzində nələr etdiyini danışmağa. Deyərik ki, bunun başı gedib və haqlı da olarıq. İndi düşünün, insanlar eyni şeyi telefonun qarşısında edir və ən dəhşətlisi odur ki, minlərcə insan onu seyr edir. Yəni cəmiyyətdə belə bir pataloji davranış rəğbət görür”. 

Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az mövzu ilə bağlı psixoloq İmdad Əlizadənin fikirlərini öyrənib. O, saytımıza açıqlamasında insanların indi adi həyatdan qopub sosial şəbəkələrə “köçdüklərini” söyləyib və bunun gələcək fəsadlarından da söz açıb:

“Bu “köç” fəsadlar törədir və gələcəkdə daha da ciddi mənfi nəticələri olacaq. Sosial şəbəkə o qədər adiləşib ki, kimsə sənə nəsə yazanda, ona qısa zamanda cavab verməyəndə bundan inciyirlər. Yaxud kiməsə nəsə yazırsan, dərhal cavab verir. Bütün bunlar insanların günlərinin əksər hissəsini sosial şəbəkələrdə keçirdiyini göstərir. Bu artıq bir asılılıqdır. Psixolaqlar sosial şəbəkəyə bağlı olan, ondan qaynaqlanan xeyli pozuntular qeydə alıblar. Məsələn, davamlı selfi çəkdirmək. Amma sosial şəbəkədə kiməsə nəyisə qadağan etmək də çətindir. Hərənin bir şəxsi hesabı var, nə istəyir yazır, paylaşır. Hələ şükür etməliyik ki, bəzi məsələlər qanunla qadağandır, yaxud bəzi şəxslər nədənsə qorxurlar, ona görə özlərini bir qədər yığışdırırlar. Yoxsa sosial şəbəkələri killerlik vasitəsinə çevirərlər. 

İnsanın şəxsi həyatı həmişə başqaları üçün maraqlı olub, ona görə də bunu daha gizli yaşamağa çalışıblar. O maraq bu gün də var, fərq ondadır ki, biz sosial şəbəkələrdəki davranışımızla həmin marağı təmin edirik”. 

Psixoloq, özünü yalnız və xoşbəxt hiss etməyən insanların sosial şəbəkələrə daha çox üz tutması barədə deyilənlərlə razılaşmadığını bildirib:

“Sosial şəbəkələrdən yalnız özünü tək və xoşbəxt saymayan insanların istifadə etdiyini düşünmək doğru olmaz. Bunu əksini göstərən hallar da kifayət qədərdir. Biri sevgilisindən ayrıldığını, depressiyada olduğunu paylaşırsa, profilinə batmış Günəş, qaranlığı əks etdirən foto qoyursa, digəri də yeni sevgili tapdığını, nişanlandığını, evləndiyini paylaşır. 

Düzdür, bədbəxtliklə üzləşənlər, yaxınını itirənlər, depressiyada olanlar sanki daha çox sosial şəbəkələrdə nəsə yazmağa, paylaşmağa tələsirlər. Ola bilsin ki, bu kimlərəsə mesajdır, hamı bilsin ki, o yaxınını itirib, nəsə bədbəxtliklə üzləşib, dərdinə şərik olsunlar, təsəlli versinlər. 
Bir nəfər sosial şəbəkədə profilinə qaranlıqda çəkilən foto, bütövlükdə mənfi mesaj verən foto qoyanda, paylaşım edəndə hamınız maraqlanırıq ki, görəsən, nə baş verib? Filankəsə nə olub? Bəlkə də belə edənlərin bəzilərinə heç nə olmur, sadəcə o cür paylaşımlar etməklə diqqət çəkmək istəylər. Kimsə zəng etsin, mesaj yazsın, maraqlansın.

Bəzən isə kimsə yaxşı bir paylaşım edir, kefinin kök olduğunu göstərir, kimisə qıcıqlandırmaq istəyir. “Görürsən, sən mənə belə etdin, amma dünya vecimə deyil, hər şey əladır, superdir”. İndi əla olub-olmaması başqa söhbətin mövzusudur”.   

İ.Əlizadə şəxsi həyatın gizliliyinin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bugünkü paylaşımlarımız gələcəkdə qarşımıza problem olaraq çıxa bilər:

“İnsanın şəxsi həyatının nə qədər gizli saxlasa, bir o qədər yaxşıdır. Bu istər ictimai fəaliyyəti olan, istərsə də heç bir vəzifəsi, statusu olmayan insanlara aiddir. Şəxsi həyatı əvvəllər heç qonşuya, dosta, rəfiqəyə də danışmazdılar. İndi isə insanlar nə yediyini, içdiyini, hara getdiyini, nə geydiyini və s. hamı ilə bölüşürlər. İndi kimsə çıxıb deyəcək ki, mən etmirəm. Bunlar az sayda insanlardır və çoxu da işlədiyi yerin tələbi, tutuduğu vəzifəyə görə bunu edə bilmir. Əks halda cəzalandırılırlar, işlərini itirirlər. 

Bütün sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, istənilən paylaşım sabah onlar üçün kompramata çevirilə bilər. O paylaşımlar insanın bütün xaraketini, maddi inkanını, əlaqələrini ortaya qoyur. Amma o bu gün üçün belədir, sabah isə əleyhinə işləyən fakta çevirilə bilər. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Sosial şəbəkələr yaxşıdır, məlumat əldə edirsən, nəyisə paylaşırsan, fikrini bildirirsən, amma burada bir “layk” ev yıxır. 

Bu gün dalaşan insanların əksəriyyəti sosial şəbəkələrdəki paylaşımları, “layk”ları, fotoları bir-birinə qarşı istifadə edirlər. Deyirlər ki, sən filan vaxt filankəslə foto paylaşmısan, qonaqlıq vermisən, dostlarla gəzməyə getmisən, mənə niyə deməmisən? Paylaşdığın fotoda gördüm, əlini filankəsin belinə qoymusan. Niyə? Bütün bunlar sosial şəbəkələrin fəsadlarıdır.  

Təhlükə təkcə bundan ibarət deyil. Məsələn, kimsə səyahətə gedir. Yola düşəndə hava limanından, yaxud getdiyi yerdən paylaşım edir. Bu, artıq məlumat verməkdir. Mən evdə yoxam. Dəfələrlə belə hallar olub, oğrular bundan istifadə ediblər, evlərə soxulublar, qarət ediblər. 
Amma iş təkcə bununla bitmir. Bəlkə kimsə səni güdür, evdə, ölkədə olmamağından istifadə edib nəsə plan qurub? Səyahətdən qayıtmadan paylaşımlar etmək, həmin adamlar üçün siqnal rolunu oynayır.   

Ən böyük təhlükə isə uşaqlar, yeniyetmələr və gənclərlə bağlıdır. Onları təsir altına salırlar, mənfi yönə aparırlar. Yaxud bu kateqoriyadan şəxslər özlərini kiməsə oxşadırlar, nəticədə gördükləri obraz kimi formalaşırlar. 

Bir məsələni unutmaq olmaz: sosial şəbəkələrdə status yazan, foto, video paylaşanların hamısının öz məqsədləri, şəxsi maraqları var. Biz onlara baxanda, münasibət bildirəndə bir anlıq düşünməliyik: buna baxmaq, münasibət bildirmək mənə lazımdırmı?”, - deyə o əlavə edib.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri