Icma.az
close
up
RU
2025 ci ildə Kəlbəcərdə görülən işlər AÇIQLANDI

2025 ci ildə Kəlbəcərdə görülən işlər AÇIQLANDI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təməli ölkə başçısı tərəfindən qoyulan Kəlbəcər şəhər inzibati binası və 11 hektara yaxın ərazisi olan şəhər parkı, eləcə də müvafiq kəndlər də layihələndirmə mərhələsindədir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kəlbəcər Xüsusi Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunun Zar kəndinin tikintisinə artıq başlanılmış və işlər isə sürətlə davam etməkdədir.

Xüsusi Nümayəndəlikdən verilən məlumata görə, son bir il ərzində Kəlbəcər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq genişmiqyaslı bərpa, tikinti və quruculuq işləri davam etdirilməkdədir.

Qeyd edilib ki, sosial xidmətlər üzrə “DOST” mərkəzi, “Azərpoçt” şöbəsi, KOBİA, DMA və digər dövlət qurumları əhalinin xidmətinə verilib. Eyni zamanda 34 hektar ərazidə inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur. Əhalinin ilkin istehlak tələbatını qarşılamaq məqsədilə şəhər mərkəzində ərazidə modultipli sahibkarlıq obyektləri yaradılmış və hazırda fəaliyyət göstərməkdədir. Bir sözlə görülən bütün bu tədbirlər Kəlbəcərdə ilk köçün reallaşmasını, əhalinin doğma torpaqlarına qayıdışını, iqtisadi aktivliyin artırılmasını və rayonun uzunmüddətli, dayanıqlı inkişafını təmin etməyə yönəlib.

Bundan əlavə, təhsil sahəsində 528 şagirdlik məktəb və 80 yerlik uşaq bağçasından ibarət təhsil kompleksinin inşası davam edir, modul tipli məktəb isə artıq fəaliyyət göstərir. Növbəti ildə təhsil kompleksinin də istismara verilməsi planlaşdırılır.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində rayonun yol, enerji, su, qaz, rabitə və sosial infrastrukturu mərhələli şəkildə yenidən qurulub, əhalinin dayanıqlı məskunlaşması üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 01.05.2024-cü il tarixli 235 nömrəli Qərarına əsasən Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edilib. Kəlbəcər şəhərində dörd yaşayış məhəlləsinin salınması planlaşdırılır,belə ki, birinci yaşayış məhəllənin tikintisi hazırda davam edir, ikinci məhəllənin layihələndirmə işləri yekunlaşmaq üzrədir. Üçüncü və dördüncü yaşayış məhəllələri üzrə isə layihələndirmə işləri davam etməkdədir.

Xatırladaq ki, ölkə başçısının 21 avqust 2025-ci il tarixli səfəri zamanı “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərə ilk köç həyata keçirilib, mənzillər istismara verilib. Növbəti ildə də kəlbəcərlilərin öz əzəli yurdlarına qayıdışı prosesi mərhələli şəkildə davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri