Nərimanın transfer qiyməti qalxdı: “Qarabağ” hücumçu üçün təklif göndərib / VİDEO
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.Az xəbər verir ki, söhbət bir çoxlarının tənqid hədəfinə tuş gələn Nəriman Axundzadədən gedir. Bu barədə dünyaca məşhur “Transfermarket” saytı yazıb. Nərimanın bundan əvvəl transfer dəyəri 2 milyon avro idi.
Çoxdandır hücumçu axtaran "atlıların" sözügedən mövqeyə futbolçu tapması üçün işlərə başlandığı da bildirilir. Belə ki, Ağdam təmsilçisinin seneqallı hücumçu Umar Diuf üçün klubu "Lyej"ə təklif göndərdiyi qeyd edilir. "Qarabağ"ın 22 yaşlı forvard üçün 1.2 milyon avro təklif etdiyi, Belçika klubunun isə 1.5 milyon istədiyi söylənilir. Bu barədə "Offsideplus" Belçikanın "Walfoot" portalına istinadən məlumat yayıb.
O, cari mövsüm Belçika 2-ci Liqasında 18 oyunda 8 qol vurmağı bacarıb. Gənc futbolçu Seneqal U-20 yığmasında da 2 oyuna çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 Dekabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















