KİV: Zelenski ordunun baş komandanını dəyişmək istəyir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi idarəetməyə uyğun namizəd tapacağı təqdirdə, ölkənin Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad etməyə hazırdır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri məlumat yayıb.
Qəzet mövcud vəziyyəti Zelenskinin prezidentliyi dövründə hərbi rəhbərlikdə yaranmış ən böyük böhran kimi qiymətləndirir.
Bu səbəbdən o, həftəsonu cəbhədəki vəziyyətlə bağlı qiymətləndirmələri dinləmək və yeni ordu komandanı vəzifəsinə namizədlərlə müsahibələr aparmaq üçün hərbi komandirlərlə görüş təşkil edəcək.
"Zelenski 1200 kilometrlik cəbhə xətti boyu möhkəm müdafiəni qoruyub saxlamaqla yanaşı, səlahiyyətlərin problemsiz təhvil verilməsini təmin edəcək yeni komandan taparsa, Sırskini vəzifədən kənarlaşdırmağa hazırdır", - deyə nəşri məlumatlandıran mənbə bildirib.
İddia edilir ki, prezidentin baş komandanı dəyişmək barədə düşünməsinə səbəb olan əsas amil ukraynalıların etirazları olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 18 İyul 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















