Icma.az
close
up
RU
“Kiyev bu alçaldıcı tələbi yerinə yetirməyəcək...” Politoloq

“Kiyev bu alçaldıcı tələbi yerinə yetirməyəcək...” Politoloq

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasında çıxışı zamanı bir sıra məqamlara toxunub. Birincisi, Zelenski bildirib ki, Ukrayna ordusu 150-dən 3000 kilometrədək məsafədə yerləşən hədəfləri öz istehsalı olan uzaqmənzilli silahlarla vura bilir. Bununla Ukrayna Prezident demək istəyib ki, ölkəsi ABŞ-nin uzaq mənzilli raketlərini almaq istəsə də, ancaq bu olmasa belə Rusiyanın strateji mərkəzlərinə zərbə endirə biləcək raketlərə malikdir. Zelenski eyni zamanda onu da vurğulayıb ABŞ-dən alınan uzaqmənzilli silahlar Rusiya ərazisindəki obyektlərə qarşı istifadə edilməyib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, bu Vaşinqtonun tələblərindən biridir:

“Buna baxmayaraq, Zelenski Ukraynanın yaxın gələcəkdə “Tomaqavk” raketlərinə sahib olmaq istəyini səsləndirib. Halbuki, ABŞ Prezidenti Donald Tramp raketlərin Ukraynaya verilməsini ləngidir. Digər tərəfdən Ukraynaya verilməsi planlaşdırılan 50 “Tomaqavk” raketinin müharibədə dönüş yaradacağını söyləmək də çətindir. Volodimir Zelenski Ukraynanın iştirakı olmadan Rusiya və ABŞ liderləri arasında görüşün əleyhinə olduğunu gizlətməyib. Həqiqətən işğala məruz qalan Ukraynadırsa, müharibənin hansı şərtlər altında dayandırılması mövzusunun müzakirəsində bu ölkənin liderinin iştirakı vacibdir”. 

Politoloqun sözlərinə görə, Ağ Ev sahibi Zelenskinin Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərlə barışmasını istəyir:

“Zelenski atəşkəsə razıdır, Kreml sahibi Vladimir Putin isə atəşkəsə razılaşmanın qarşılığında Kiyevdən işğal edə bilmədiyi əraziləri tələb edir. Kiyev bu alçaldıcı tələbi yerinə yetirməyəcək. Elə bunun nəticəsidir ki, ABŞ və Rusiya Prezidentlərinin Macarıstan paytaxtı Budapeştdə planlaşdırılan görüşü təxirə salındı. Putinin tələbinin məntiqsiz olduğunu Tramp da qəbul edib. Zelenskinin mövqeyi qətidir: “Ukrayna Rusiyaya ərazi güzəştlərinə getməyə hazır deyil”. Ukrayna Prezidenti Avropa Şurasındakı çıxışında Çin və bu ölkənin lideri Si Cinpinin siyasətinə də toxunub. Zelenski deyib ki, Si Cinpin Rusiyaya silah satmayacağı barədə ona məlumat verib. Zelenski bu vədin yerinə yetirilmədiyini bu şəkildə qiymətləndirib: “Çin Rusiyaya kömək edir. Çin Ukraynaya yardım etmir. Çin nə bizim qələbəmizdə, nə də Rusiyanın məğlubiyyətində maraqlıdır”. Bu həqiqətdir. Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərinin birində Çinin Rusiyanın məğlubiyyətində maraqlı olmadığını belə izah edib: “Rusiya məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək və bizə təzyiq artacaq”. Əslində Rusiya-Ukrayna müharibəsi bir başqa səbəbə görə də Pekinin maraqlarına cavab verir. Bu müharibə Rusiyanı taqətdən salır və Kremlin Pekindən asılılığı artmaqda davam edir”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri