Icma.az
close
up
RU
Kiyev “Tomaqavk” a sahib olmağın bir addımlığında ABŞ bu raketlər üçün buraxılış qurğusunu təqdim etdi

Kiyev “Tomaqavk” a sahib olmağın bir addımlığında ABŞ bu raketlər üçün buraxılış qurğusunu təqdim etdi

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikanın “Oshkosh Defence” hərbi şirkti uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri üçün mobil buraxılış qurğusunu təqdim edib. 

"AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, yeni hərbi avtomobil Amerika Birləşmiş Ştatları Ordusu Assosiasiyasının (AUSA 2025) sərgisində təqdim edilib.

Şirkət sözçüsü Pet Uilyams qeyd edib ki, X-MAV buraxılış qurğusu eyni vaxtda dörd “Tomaqavk” qanadlı raketi daşımaq və onları müstəqil şəkildə hədəflərə atmaq qabiliyyətinə malikdir. Uilyamsın sözlərinə görə, ABŞ ordusu belə platformaya ehtiyac olduğunu çoxdan müəyyən edib.

Əvvəllər ABŞ-də “Tomaqavk”-ı qurudan atmaq üçün yalnız “Typhon” qurğusu var idi, digər variantlar gəmi əsaslı idi. Onun ilk buraxılışları 2023-cü ildə həyata keçirilib.

Yeni mobil “Tomaqavk” buraxılış qurğusunun ortaya çıxması bu raketlərin Rusiyaya zərbələr endirmək üçün Ukraynaya verilməsi ilə bağlı müzakirələr fonunda baş verib. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vladimir Putin müharibəni dayandırmasa, Kiyevə uzaqmənzilli raketlər ötürəcək. O, həmçinin sülh olmasa, Putin üçün işlərin “pis bitəcəyi” ilə hədələyib.

Oktyabrın 17-də Tramp Ağ Evdə Ukrayna Zelenski ilə görüşərək Kiyevə “Tomaqavk”- ların verilməsini müzakirə edəcək. Putin bundan əvvəl xəbərdarlıq etmişdi ki, belə bir addım eskalasiyanın “keyfiyyətcə yeni” mərhələsini təşkil edəcək və Moskva ilə Vaşinqton arasında münasibətləri “məhv edəcək”. O, həmçinin vurğulayıb ki, Rusiyanın hava hücumundan müdafiəsi Amerika raketlərini ələ keçirməyə hazırdır və onlardan Ukrayna tərəfindən istifadə edilməsi döyüş meydanında qüvvələr balansını dəyişməyəcək.

“Tomaqavk” raketlərinin uçuş məsafəsi versiyadan asılı olaraq 1600-2500 km arasında dəyişir.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri