Kiyev üçün ən məqbul variant münaqişəni dondurmaqdır
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda inseativ tamamilə Vaşinqtonun əlindədir. Alyaska danışıqlarından sonra Donald Tramp tərəfindən Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderlərinin qəbul edilməsi prosesdə ABŞ-ın oynadığı rolu əyani şəkildə nümayiş etdirir.
Liderlərin görüşündə münaqişənin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Burada prosesin gedişatı, dondurulma və yaxud atəşkəs, ərazi mübadiləsi kimi məsələlər önə çəkildi və Tramp tərəfindən Ukraynaya "istəkli ölkələr koalisiyası" çərçivəsində təhlükəsizlik zəmanətləri veriləcəyi qeyd edildi. Bu isə onu deməyə əsas verir ki, münaqişənin hansı məcrada həll edilməsindən aslı olmayaraq Ukrayna Qərbin çətiri altında salınır.
Baş tutan görüşü sülhə doğru müəyyən siyasi irəliləyiş kimi qiymətləndirmək olar. Lakin, Rusiya hələ prosesə açıq şəkildə daxil olmayıb. Moskvanın əsas istəyi əldə etdiyi müəyyən üstünlüklər rəsmi şəkildə təsdiqlənsin və sənədləşdirililsin. Eyni zamanda, Ukrayna tərəfi də, Rusiyadan əsaslı təhlükəsizlik zəmanətləri tələb edir. Məhz bu səbəbdən sülh prosesi indiki situasiyada qeyri-müəyyən və mürəkkəb olaraq qalır. Hesab edirəm ki, Kiyev üçün ən məqbul variant münaqişəni dondurmaq və Rusiya qarşısında öz gücünü artıraraq post-Putin dövrünə hazırlaşmaqdır.
Pərviz Mirizadə, siyasi şərhçi
Bu mövzuda digər xəbərlər:“Putin dünya üçün ən məqbul fiqurdur” Tokayev
29 Sentyabr 2026 21:21
Tramp Putin razılaşmasında Kiyev üçün ən ağrılı məqam
14 Fevral 2025 07:00
Ev almaq üçün ən optimal variant açıqlandı Video
03 Dekabr 2025 07:48
Kiyev münaqişəni dondurur: Ali Radadan etiraf
21 Noyabr 2024 18:04
Ukrayna: “Qərb Kiyev üçün “ən yaxşı şərtləri” müzakirə etmir”
03 May 2025 11:30
Baxış sayı:113
Bu xəbər 19 Avqust 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















