Kiyev və Vaşinqton sülh nizamlanması çərçivəsində növbəti addımları müzakirə edib
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Ukrayna ilə ABŞ məsləhətləşmələr və sənədlər üzərində iş çərçivəsində gələcək əlaqələri və addımları müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov öz teleqram kanalında bildirib.
"İndicə Ukraynaya gedərkən ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə söhbətimiz oldu. Ukrayna Prezidenti Volodimir Zelenski də söhbətə qoşuldu. Əsas məqam gələcək əlaqələrin və addımların razılaşdırılmasıdır. İş intensiv və məzmunlu şəkildə aparılır: faktiki olaraq hər gün məsləhətləşmələr və sənədin bəndləri (sülh sazişinin - red.) üzərində iş davam edir", - o yazıb.
Onun sözlərinə görə, Ukrayna Avropa ölkələrinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri ilə daim əlaqədədir: "Yaxın vaxtlarda növbəti təmaslar barədə razılıq əldə olunub".
Umerov konstruktiv əməkdaşlığa görə ABŞ tərəfinə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















