Kiyev və Vaşinqton Ukrayna dronlarının satın alınmasını müzakirə edib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-a səfər edən Ukrayna nümayəndə heyəti dronlarının planlaşdırılan satın alınması və təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusunda müzakirələr aparıblar.
APA xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov "Facebook" səhifəsində məlumat payşaşıb.
Umerovun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu prezidentin təşəbbüsü olan “Drone Deal” layihəsinin həyata keçirilməsi olub.
“Ukrayna komandasının səfərinin əsas məqsədi — Ukrayna dronlarının satın alınması barədə sazişin imzalanmasına hazırlıq üçün texniki danışıqlar aparmaq idi. Bu layihə həmçinin Ukrayna və ABŞ-ın birgə istehsal müəssisələrinin yaradılmasını da nəzərdə tutur”, — o yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















