Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Kiyevdə “Birlik xiyabanı”nda Azərbaycan Ukrayna dostluğunu simvolizə edən memorial lövhənin açılışı olub

Kiyevdə “Birlik xiyabanı”nda Azərbaycan Ukrayna dostluğunu simvolizə edən memorial lövhənin açılışı olub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 26 sentyabr, AZƏRTAC

Ukraynanın Kiyev vilayətinin Boyarka şəhərinin mərkəzində yerləşən Taras Şevçenko adına parkda 2023-cü ilin yazında Azərbaycan–Ukrayna parlamentlərarası İşçi Qrupunun təşəbbüsü ilə salınmış “Birlik xiyabanı” ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ukrayna Ali Radasının deputatı, Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Volodimir Kreydenko, Ukrayna Ali Radası sədrinin müşaviri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə, səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Qalibbəy Ağadadaşov, Boyarka şəhər şurasının katibi Aleksey Perfilov, Boyarka şəhər şurasının deputatı Alina Qriqoreva və diaspor fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən Ukrayna–Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Volodimir Kreydenko ölkəmizin Ukraynaya göstərdiyi dəstəkdən bəhs edərək Azərbaycan diasporunun Ukraynada çox fəal olduğunu bildirib.

Ukrayna Ali Radası sədrinin müşaviri, UABD-nin sədri Hikmət Cavadov iki ölkə arasındakı münasibətlərin qədim tarixə malik olduğunu deyib. O vurğulayıb ki, Ukrayna da daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Əlbəttə, eyni addımı bu gün də Azərbaycan atır. Prezident İlham Əliyevin Ukraynaya humanitar yardımların göndərilməsi ilə bağlı qərarı təkcə bu ölkəyə deyil, həm də Ukraynada yaşayan yüz minlərlə azərbaycanlıya diqqətin nümunəsidir. Biz Azərbaycanımızla fəxr edirik və diaspor olaraq şəhərlərin abadlaşdırılması, parkların salınması kimi layihələrdə iştirak etməklə töhfə verməyə davam edəcəyik”.

Hikmət Cavadov həmçinin qeyd edib ki, Azərbaycan və Ukrayna arasında hökumətlərarası əməkdaşlıqla yanaşı, parlamentlərarası əlaqələr də ən yüksək səviyyədə inkişaf edir: “Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan və Ukrayna xalqları təkcə diplomatik müstəvidə deyil, həm də dərin dostluq, qarşılıqlı dəstək və ortaq dəyərlər əsasında bir-birinə bağlıdır. “Birlik xiyabanı” iki ölkə arasında qardaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, gələcək nəsillərə də dostluq və həmrəylik mesajı verəcək”.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Rövşən Hüseynzadə qeyd edib ki, Azərbaycan–Ukrayna münasibətləri hər keçən gün daha da inkişaf edir. O, vurğulayıb ki, Ukraynanın çətin günlərində Azərbaycan hökuməti həm maddi, həm də mənəvi dəstəyini göstərməkdə davam edir: “Bu humanitar yardım Azərbaycan dövlətinin və Prezidentimizin Ukraynaya göstərdiyi qayğının bariz nümunəsidir”.

Boyarka şəhər şurasının katibi Aleksey Perfilov Azərbaycan dövlətinin, səfirliyinin və diasporunun göstərdiyi diqqəti yüksək qiymətləndirib: “Bizim şəhərin ən gözəl parkında Azərbaycan-Ukrayna dostluğunu ehtiva edən bu təşəbbüs qürurvericidir”.

Boyarka şəhər şurasının deputatı Alina Qriqoreva çıxışında bildirib ki, Azərbaycan onun üçün sadəcə dost ölkə deyil, ailəsinin və həyatının bir parçasına çevrilmiş doğma diyardır: “Azərbaycan etibarlı dostdur və göstərib ki, əsl qardaşlıq sözlərlə deyil, əməllərlə ölçülür”.

Tədbir çərçivəsində “Birlik xiyabanı”na yeni ağaclar əkilib, eləcə də Azərbaycan–Ukrayna dostluğunu və birliyini simvolizə edən memorial lövhə quraşdırılıb.

Mərasimdən sonra iştirakçılar Qələbə parkındakı “Şöhrət xiyabanı”nda Ukraynanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini yad ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see276

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see272

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see247

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see236

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see213

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see202

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see179

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see178

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see160

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see157

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see141

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see139

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see138

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see136

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see132

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri