Kiyevin üçtərəfli görüş təşəbbüsü
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Dünən ABŞ, Ukrayna və Rusiya arasında enerji sahəsində atəşkəsi müzakirə etmək üçün üçtərəfli formatda görüşün keçirilməsi gözlənilirdi. Bu barədə mötəbər mənbə Ukraynanın “ZN.UA” nəşrinə bildirib. Mənbənin məlumatına görə, görüşün keçirilməsi barədə razılıq Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında sentyabrın 22-də Nyu-Yorkda baş tutan danışıqlar zamanı əldə olunub. Görüşdə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, Trampın xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff, eləcə də Rusiya Prezidentinin xüsusi elçisi Kirill Dmitriyev iştirak edə bilər. Müzakirənin əsas məsələsi enerji sahəsində atəşkəs, xüsusən də tərəflərin onu şərh etməsi və razılaşmalara əməl olunmasına nəzarət mexanizmləri olacaq.
XQ
Baxış sayı:113
Bu xəbər 25 Sentyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















