KL: Qarabağ Tvente nin qonağıdır
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" Niderlandda "Tvente"nin qonağı olacaq.
Bu komanda ağdamlılara heç də yad deyil. "Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında iki dəfə "Tvente" ilə üz-üzə gəlib. 2009-cu ildə mərhələ keçən tərəf niderlandlılar (3:1, 0:0) olubsa, 2014-cü ildə artıq Ağdam təmsilçisi "Tvente"ni (0:0, 1:1) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, "De Qrolş Veste" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
.
22:00. "Tvente" (Niderland) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Yucin Caya, Rejdi Avdo, Mario Şazivari, Emanuela Rusta (hamısı Albaniya)
VAR: Canluka Aureliano (İtaliya)
AVAR: Albert Doda (Albaniya)
Enşede. "De Qrolş Veste" stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Avqust 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















