Icma.az
close
up
RU
Klanların döyüşü: USAİD ilə bağlı QARŞIDURMA TƏHLİL

Klanların döyüşü: USAİD ilə bağlı QARŞIDURMA TƏHLİL

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici kreditlərə nəzarət uğrunda Amerika klanlarının “döyüşü”, yəni qarşıdurmaları haqqında çoxdan məlumatlı idik və indi artıq USAİD məsələsində bu mübarizə daha qabarıq şəkildə ortaya çıxıb. Maliyyə sistemində hansısa “qaranlıq” məqamların olması ABŞ üçün heç də yenilik deyil və ümumiyyətlə, həmin ölkədə maliyyə məsələləri ilə bağlı “müəmmalı” vəziyyət bir növ, adi hala çevrilib. Amma artıq məhz maliyyə sistemində olan qarışıqlıqlar, xüsusən də USAİD kimi bütün dünyada dırnaqarası da olsa, “ad qazanmış”, yaxud, “tanınmış” bir qurumun barəsində qəbul olunan qərar fərqli şəkildə qarşılanır. Daha dəqiq desək, maliyyə məsələləri ilə bağlı məhz Mask ilə Rokfeller arasında USAİD ilə bağlı qarşıdurma yaranıb.

ABŞ prezidentinin məhz maliyyələşdirməni qadağan edən sərəncamının müzakirəyə belə çıxarılması bəzi məsələlərlə bağlı ciddi şübhələr yaradır

Dəfələrlə şahidi olmuşuq ki, Donald Trampin nə isə bir qərara gəldiyi zaman onun icrasına məhkəmə tərəfindən dərhal “maneə yaradılması” görüntüsü ortaya çıxır və bu, artıq ənənə halını alıb. Məsələn, bir qədər əvvəl prezidentin məhz vətəndaşlığın verilməsini məhdudlaşdıran sərəncamını Merilend Dairə Məhkəməsinin qeyri-müəyyən müddətə dayandırdığı məlumdur. Eləcə də, 7 fevral 2025-ci ildə ABŞ-ın Kolumbiya Dairəsi üzrə Dairə Məhkəməsi ABŞ prezidentinin USAİD-in maliyyələşdirməsini qadağan edən sərəncamını da dayandırmaq üçün “müvəqqəti” bir qərarı çıxarıb. Maraqlıdır, USAİD hansı təşkilatdır ki, belə bir qərar ortaya çıxır? ABŞ prezidentinin məhz maliyyələşdirməni qadağan edən sərəncamının müzakirəyə belə çıxarılması bəzi məsələlərlə bağlı ciddi şübhələr yaradır

Bildiyimiz kimi, Beynəlxalq İnkişaf Agentliyi 1955-ci ildə yaradılmış Beynəlxalq Əməkdaşlıq Administrasiyasının “varisi” olaraq qəbul olunur. Onu da bilirik ki, bu “varis” mövcud olduğu 70 il ərzində bir çox zorakı, məcburi çevrilişlər və silahlı münaqişələr təşkil etməklə, “ad qazanıb” və artıq “məşhurlaşıb” da. Xüsusilə, 2014-cü ildə Ukraynada baş vermiş çevrilişin məhz USAID vasitəsilə maliyyələşdirildiyi də sirr deyil. Agentliyin xüsusən də Rusiya və Belarusda hökumət əleyhinə aksiyaların təşkilatçılarına qrantlar ayırdığı da bəllidir. Eyni zamanda, onu da unutmaq lazım deyil ki, USAID dünyanın ən geniş strukturlarından biri kimi dövrümüzə qədər qəbul olunub. Onun 100-dən çox ölkədə “missiyaları” olub. Sözün əsl mənasında, bu “kələf” Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropanı öz əhatəsinə çoxdan almışdı və “təsir dairəsi” də kifayət qədər olub. Bəs belə bir təşkilatla bağlı müvafiq qərar niyə bu vaxta qədər qəbul olunmayıb və yenə də ortada olan tərəddüdlər indi nəyə görədir?

USAID məhz formal olaraq, müstəqil dövlət qurumu statusuna malikdir. Belə təşkilatlar icra strukturlarının bir hissəsi hesab olunur, lakin heç də prezidentə tabe deyillər. Onların səlahiyyətləri Konqresin xüsusi aktları ilə müəyyən edilir. Xüsusilə, USAID-in funksiyaları 1961-ci il Xarici Yardım Aktı ilə müəyyən edilibdir. Yenə də bir sual ortaya çıxır ki, bəs həmin bu təşkilat, özü də çevrilişlər, silahlı münaqişələr təşkil edən qurum nə üçün yaradılmışdı və məqsəd, məram nədən ibarət olub? Hansı maraqlar olub ki, bu təşkilat yaradılıb və bu vaxta qədər də “öz ömrünü” sürməkdədir? Yaxşı, əgər hansısa maraq olmayıbsa, indi niyə ABŞ boyda hegemon bir ölkənin rəhbərinin, o yekəlikdə dövlətin prezidentinin qərarı hələ də ləngiyir? Belə çıxır ki, ortada maraqlı tərəf var və maraqlar toqquşur deyə hansısa qarşıdurma yaranır…

Guya ki, agentliyin rəsmi funksiyası, məqsədi "inkişaf etməkdə olan ölkələrə” hansısa formada “yardım” etməkdir

Nədənsə müstəqil dövlət qurumlarının maliyyələşdirilməsinin təşkili xüsusi “maraq” doğurur. Nəyə görə isə, onlara vəsait ayrılması ABŞ-ın federal büdcəsində formal olaraq belə, nəzərdə tutulmayıb. Yalnız ABŞ prezidentinə tabe olan qurumlar öncədən nəzərdə tutularaq, federal büdcədən maliyyələşirlər. Qanuna əsasən, müstəqil dövlət qurumları ABŞ xəzinədarlığından zəmanət alırlar. Beləliklə də, USAID kimi dırnaqarası “inkişaf fondları” ABŞ xəzinədarlığından “borc” istiqrazları alırlar. Bu istiqrazlar da FED-ə təhvil verilir, o da öz növbəsində onları nağd pula, yəni, dollara dəyişdirir. Vəsaitlər USAİD aparatının saxlanmasına, eləcə də xarici əməliyyatlara yönəldilir. Nəhayət, belə məlum olur ki, agentlik qazandığı “mənfəətlə” xəzinədarlıq istiqrazlarını ödəməlidir. Bu məqsədlə USAİD-in birjalardakı qiymətli kağızların bəziləri üzrə “spekulyasiya etmək” hüququ olur.

Guya ki, agentliyin rəsmi funksiyası, məqsədi "inkişaf etməkdə olan ölkələrə yardım etmək"dir. Bildiyimiz kimi, əvvəlcə bu yardım Avropa ölkələrinin Asiya, Afrika və Amerikadakı keçmiş koloniyalarına verilməli idi. Sonralar Xarici Yardım Aktı keçmiş sosialist bloku ölkələrinə də şamil edilməyə başladı. USAİD-in öz “alıcılarına” infrastruktur və digər layihələr üçün qrant və kreditlər ayıracağı elan edildi. Eyni zamanda, agentlik təkcə siyasi deyil, həm də iqtisadi “vəzifələrə” diqqət yetirirməyə başladı. Buna görə də, ilk növbədə, böyük faydalı qazıntı ehtiyatlarına malik olan ölkələr “maraq dairəsinə” düşdü. Nəticədə agentliyin funksiyalarına bəzi ölkələrin resurslarına nəzarətin yaradılması da daxil oldu. Bu məqsədlə USAİD “inkişaf etməkdə olan” ölkələri borc asılılığına sürükləmək üçün çevrilişlər təşkil etmək və müharibələr törətmək üçün daha çox resurs ayırmaq niyyəti ilə çıxış etdi.

USAİD inzibatçıları vəzifələrini eyni klanın nümayəndələri – Rokfeller Fondu ilə yaxından əlaqəli şəxslərin tutulması diqqəti cəlb edən məqamdır

USAID-in fəaliyyəti dırnaqarası şəkildə o qədər “uğurlu” oldu ki, hətta ABŞ-da bütün xarici kreditlərin yarısının mənbəyinə də çevrilə bildi. Beləliklə, agentlik xarici maliyyə fəaliyyətinə görə hətta Nyu-York Federal Ehtiyat Bankını da geridə qoyub. USAİD-in fəaliyyəti o qədər “təsirli” oldu ki, onun rəhbərləri, inzibatçıları Milli Təhlükəsizlik Şurasının daimi tərkibinə də daxil edildilər. Belə bir “dadlı loxma” üçün iddiaçılar nə isə edə də bilməzdi. Üstəlik, USAİD inzibatçıları vəzifələrini adətən eyni klanın nümayəndələri – Rokfeller Fondu ilə yaxından əlaqəli olan şəxslər tuturdu və bu da çoxdan bəlli məsələ hesab olunan məqamdır. Amma nədənsə, guya yenicə bəlli olmuş kimi bir təəssürat yaratmaq istəyi baş qaldırdı.

Bəli, Donald Trampın “gəlişi” ilə hər şey dəyişməyə başladı. “Ofisin yeni sakini” digər ölkələrə “yardımı” dayandırmaq üçün “kurs” elan etdi. Andiçmədən dərhal sonra da ilk fərmanlardan biri agentliyin maliyyəsini tamamilə dondurmaq oldu. Dəqiq desək, xəzinə istiqrazlarının buraxılmasını, artıq buraxılmış istiqrazlarla əməliyyatların həyata keçirilməsini və digərlərini də dayandıraq qərarı verildi. Görünən odur ki, bu “qərar” heç də “xoşagələn” olmadı. İndi ortada olan bəzi “mübarizələr” də təsadüfi şəkildə təzahür etmir. Xüsusən də, Rokfeller Fondu ilə yaxından əlaqəli şəxslərin inzibatçı vəzifələrində “oturması” fonunda bunu təsadüfi saymaq olmaz. Söhbət “maliyyədən” gedirsə, bunun nə demək olduğunu ümid edirik ki, hər kəs yaxşı başa düşür...

Söhbət maliyyə axınlarının “Tesla” sahibinin xeyrinə yenidən “bölüşdürülməsindən” gedir və bu da “rəqibləri” qane edəcək görünmür

Trampın “proqramı” formal olaraq da olsa, məhz USAİD-in funksiyalarının birbaşa hökumətə veriləcəyini nəzərdə tutur. Bir məsələ də bu arada diqqəti cəlb etməyə bilməz ki, məhz xarici yardımın verilməsinə nəzarəti İlon Maskın “səmərəlilik departamenti” adlandıran şöbəsi həyata keçirəcək. Beləliklə, söhbət əslində, maliyyə axınlarının “Tesla” sahibinin xeyrinə yenidən “bölüşdürülməsindən” gedir. Lakin hadisələrin bu cür “inkişafı” rəqibləri qane edəcək görünmür. Məhz qarşıdurmalar da təsadüfi sayıla bilməz. Hər halda, Rokfeller və Mask “nəyi isə” daha qətiyyən “bölüşə” bilmir və indi ortaya çıxan qarşıdurmanın da səbəbi elə budur.

Kolumbiya dairəsindən olan federal hakimin verdiyi qərarı xatırlamaq bu məqamda tamamilə yerinə düşər. Beləki, konkret olaraq o, prezident fərmanının yalnız USAİD əməkdaşlarına maaşların verilməsi ilə bağlı hissəsini “qanunsuz” kimi tanıyıb. Lakin məhkəmə beynəlxalq qrantların maliyyələşdirilməsinin tam bərpası tələbini təmin etməyib. Amma təcrübədən göründüyü kimi, prezidentin sərəncamının bir hissəsi belə ləğv olunsa, onun bütün icrası qeyri-mümkün olacaq. Buna görə də Tramp “əks addım” hazırlayır. Onun administrasiyası artıq USAİD işçilərini iş yerlərinə buraxmayacağını bildirib. Bu, “konstitusiyaya zidd” ittihamlar üçün daha böyük ilkin şərtlər yaradacaq.

İstənilən halda, biz artıq ABŞ-ın “maliyyə sistemi uğrunda” mübarizənin başladığının şahidi oluruq. Məsələ burasındadır ki, bu mübarizə fonunda ortaya çıxan “qarşıdurmalar” ən yaxın dövrdə özünü göstərməli olacaq. Hər halda, nə Mask, nə də qarşı tərəf, yəni, Rokfeller Fondu ilə yaxından əlaqəli olan şəxslər geri çəkiləcək kimi görünmür. Bu arada, həm də Donald Trampın “qərarı” da müzakirə mövzusu kimi gündəmi zəbt etməyə bilməz. Yəqin ki, hadisələrin gedişini izlədikdə “hər şey” üzə çıxacaq və sular durulduqca, dibindəki “daşlar” da görünməli olacaq. İstənilən halda, ABŞ kimi bir dövlətdə maliyyə məsələləri ilə bağlı “mübarizə” və bundan doğan qarşıdurma “çox qaynar” bir dövrün başlandığını proqnozlaşdırmağa əsas verir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Fevral 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri