Icma.az
close
up
RU
Klausuranın çempionu “Estudiantes” oldu

Klausuranın çempionu “Estudiantes” oldu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

final
Rasinq - Estudiantes 1:1 (0:0, 1:1, 0:0), p. 4:5

Rasinq (Avelyaneda): Kambeses, Mura (M.Torres, 87), Kolombo, A.Qarsiya, Roxas, S.Sosa, Nardoni (Sukulini, 101), Almendra (A.Fernandes, 75), Solari (Koneçni, 75/Vyetto, 119), A.Martines, Verqara (Pardo, 87).
Estudiantes (La Plata): Muslera, R.Qomes (Mesa, 83), Nunyes (F.Rodriges, 96), Qonsales Pires, Arsamendiya (Benedetti, 89), Askasibar, Pyovi (Alario, 83), Medina (X.Sosa, 89), T.Palasios (Burqos, 74), Karrilyo, Setre.
Qollar: A.Martines, 81 (1:0). Karrilyo, 90+3 (1:1).
Penalti seriyası: X.Sosa – 0:1. A.Martines – 1:1. Setre – 1:1 (qapıçı). Vyetto – 2:1. Alario – 2:2. A.Qarsiya – 3:2. Burqos – 3:3. M.Torres – 3:3 (qapıçı). Mesa – 3:4. S.Sosa – 4:4. F.Rodriges – 4:5. Pardo – 4:5 (qapıçı).
Vərəqələr: R.Qomes, 34. Karrilyo, 37. T.Palasios, 42. A.Martines, 47. Kolombo, 70. Pardo, 90+5. Benedetti, 119 - sarı.
Hakim: Nikolas Ramires.
13 dekabr. Santyaqo del Estero. 42000 tamaşaçı.
Dekabrın 13-də Argentina çempionatının Klausura (bağlanış) adlanan ikinci mərhələsi sona çatdı. Həmin gün keçirilən finalda qalib müəyyənləşdi. Əlbəttə, ölkənin heç bir nəhəng klubunun finalçıların sırasında görünməməsi diqqətdən yayına bilməzdi. Amma “Rasinq” ilə “Estudiantes” həlledici oyuna, necə deyərlər, alınlarının təri ilə, layiqli şəkildə çıxmışdılar. Xatırladaq ki, A qrupunda 3-cü yeri tutan “Rasinq” 1/8 finalda “River Pleyt”i (3:2), 1/4 finalda “Tiqre”ni (0:0, p. - 4:2), yarımfinalda isə “Boka Xuniors”u (1:0) mübarizədən kənarlaşdırmışdı. A qrupunu 8-ci yerdə başa vuran “Estudiantes” isə əvvəlki mərhələlərdə “Rosario Sentral”a (1:0), “Sentral Kordoba”ya (1:0) və “Ximnasiya”ya (1:0) üstün gəlməklə böyük sürprizlərə imza atmışdı.

Neytral meydanda - Santyaqo del Estero şəhərində keçirilən finalın ilk hissəsi qol vəziyyətləri baxımından kasad alındı. Hər iki komandanın arxa xətti hücumundan daha yaxşı təsir bağışladı. “Rasinq” topa 54 faiz nəzarət etməklə rəqibi üzərində üstünlüyə malik oldu. Lakin Qustavo Kostasın çalışdırdığı komanda bu üstünlüyündən uzun müddət yararlana bilmədi. Nəhayət, Adrian Martines 81-ci dəqiqədə avelyanedalıları hesabda önə keçirdi. Bu fakt rəqibi sanki yuxudan oyatdı. “Estudiantes” dərhal üstünlüyü ələ alaraq cavab qolunu vurmağa çalışdı. Eduardo Domingesin komandasının cəhdləri son anda bəhrə verdi: Karrilyonun 90+3-cü dəqiqəyə təsadüf edən dəqiq zərbəsi mübarizənin əlavə vaxta qədər uzanmasını qaçılmaz etdi.
Tərəflər 30 dəqiqəlik “overtaym”da qapıya yol tapa bilmədilər və qalib penalti seriyasında müəyyənləşdi. Bu sınaqdan 39 yaşlı məşhur uruqvaylı qapıçı Musleranın iki seyvi ilə 5:4 hesabıyla qalib çıxan “Estudiantes” Klausuranın çempionu oldu. Əlavə edək ki, Domingesin komandası ilə çempionatın Apertura (açılış) mərhələsinin qalibi “Platense” arasında 2025-ci il mövsümünün çempionu adı uğrunda hələ ki tarixi müəyyənləşməyən oyun keçiriləcək.
Bombardirlər: R.Martines (Platense) - 8, Di Mariya (Rosario Sentral), Kastilyo (Lanus), Merentyel (Boka Xuniors), M.Torres (Ximnasiya) - 7.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Dekabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see299

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see295

Livitt istefa verdi

13 Avqust 2026 00:16see240

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see231

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see220

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see183

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see180

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see176

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see166

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see163

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see162

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see162

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see161

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see158

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see157

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see156

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see156

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see156

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see154

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri