“Kliniki Tibbi Mərkəz” məhkəməyə verildi
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kliniki Tibbi Mərkəz”lə bağlı məhkəməyə müraciət olunub.
Hurriyyet.az xəbər verir ki, klinika ilə bağlı iddianı zərərçəkən Hacıyeva Mədinə Tapdıq qızı qaldırıb. Klinika ilə birgə prosesə Osmanlı Zeynəb İsmayıl qızı da cəlb edilib.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
Klinika ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Prosesə növbəti ilin yanvar ayının 14-də baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Kliniki Tibbi Mərkəz”in direktoru Ələkbərov Könül Fidayıl oğludur. Klinikanın baş həkimi isə Məsimov Hüseyn Məcid oğludur.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq./Tribunainfo.az/
Baxış sayı:162
Bu xəbər 05 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















