Klon un aktrisası xəstəxanaya yerləşdirildi
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Klon” serialında "Dalva" obrazını canlandıran braziliyalı aktrisa Neusa Borjes pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, 84 yaşlı aktrisanın səhhəti ilə bağlı “Metropoles” nəşri məlumat yayıb.
Bildirilib ki, sənətçi beş gün əvvəl Rio-de-Janeyrodakı Copa D'Or xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun vəziyyəti stabildir, lakin evə buraxılacağı tarix hələ məlum deyil.
Qeyd edək ki, aktrisa “Klon” serialında "Diyequ" və "Lukas" qardaşlarının ailəsində çalışan, onlara ikinci ana olan "Dalva" obrazını canlandırıb.
Baxış sayı:78
Bu xəbər 15 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















