Klopp Almaniya millisi üçün danışıqların getdiyini təsdiqlədi
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Liverpul" və Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya millisinin DÇ-2026-dakı uğursuzluğundan sonra komandanın sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.
Sportal.az xəbər verir ki, hazırda "Red Bull" şirkətində çalışan 59 yaşlı mütəxəssis federasiya ilə danışıqlar apardığını təsdiqləyib:
"Bəli, danışıqların aparıldığını təsdiq edə bilərəm. Proses olduqca sürətli getdi. Yulian Naqelsman istefa verib. Almaniya Futbol İttifaqı xələf axtarır və mənimlə də danışıqlar aparırlar. Təyinatım üçün daha nə etmək lazımdır? Gözləmək. "Red Bull" ilə müqaviləm var. Bildirdim ki, danışıqlarda maraqlıyam. Bu, intensiv bir proses olacaq. Hazıram. Danışıqlar başlayan kimi insan düşüncəsi sürətlə işləməyə başlayır. Vəziyyəti kökündən dəyişməliyik".
Xatırladaq ki, Kloppun baş məşqçi kimi son iş yeri 2024-cü ilin yayında ayrıldığı "Liverpul" olub. Almaniyalı mütəxəssis oktyabr ayından etibarən "Red Bull" şirkətində qlobal futbolun inkişafı şöbəsinə rəhbərlik edir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 04 İyul 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















