Klopp Almaniya millisində ən uğursuz başlanğıc edən mütəxəssis oldu
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Yürgen Kloppun Almaniya milli komandasının baş məşqçisi vəzifəsində fəaliyyəti uğursuz başlayıb.
Sportal.az xəbər verir ki, yığma UEFA Millətlər Liqasının 2026/27 mövsümünün II turunda Yunanıstana 0:1 hesabı ilə məğlub olub.
Almaniya seçməsi Kloppun rəhbərliyi altında keçirilən ilk matçda Niderlandla heç-heçə oynayıb - 1:1. Beləliklə, iki görüşdən sonra komandanın cəmi bir xalı var.
Bu, Almaniya millisinin tarixində bütün məşqçilər arasında ən pis startdır. Daha əvvəl Sepp Herberqer və Helmut Şen ilk iki matçda qələbə qazana bilməsələr də, hər biri iki heç-heçə edərək 2 xal qazanmışdı.
Herberqer Almaniya millisinə 1936-1964-cü illərdə rəhbərlik edib, Şen isə komanda ilə 1964-cü ildən 1978-ci ilə qədər işləyib. Hər iki mütəxəssis sonradan Almaniya millisini dünya çempionatının qalibi edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Sentyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















