Kloze Mahir Emrelidən razı qalmayıb
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Nürmberq"in baş məşqçisi Miroslav Kloze "Hamburq"la 11-ci turun oyununda (1:1) Azərbaycan millisinin üzvü Mahir Emrelidən razı qalmayıb.
Fanat.Az xəbər verir ki, hücumçumuz komandasını məğlubiyyətdən xilas edən qola imza atsa da, onun çıxışı əfsanəvi almanın ürəyincə olmayıb.
"Bild" nəşri Klozenin dediklərini belə təqdim edib: “Mahir o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər yaxşı davranmadı və çevik deyildi. "Hücum duetimiz daha da yaxşılaşa bilər. Tsimas və Emrelinin hücumdakı işbirliyi hələ ideal deyil”.
Buna baxmayaraq, nüfuzlu nəşr Klozenin yeni qol duetini (son beş matçda 8 qol) yüksək dəyərləndirib. Son illərdəki bir çox uğursuzluqlardan sonra klubun nəhayət iki ən yaxşı hücumçuya sahib olduğu vurğulanıb.
Qeyd edək ki, bu yay "Nürmberq"ə keçən Mahir 2-ci Bundesliqada meydana çıxdığı 6 oyunda 3 qol vurub.
Baxış sayı:88
Bu xəbər 05 Noyabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















