Kloze növbəti dəfə Mahiri müdafiə etdi, eqoist deyənləri susdurdu ona qalsa, mən də...
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Nürnberq" 2-ci bundesliqanın evdə keçirilən 26-cı tur matçında "Qroyter Fürt"ü darmadağın etdi - 3:0. Mahir Emrelinin komandası ardıcıl ikinci qələbə sayəsində xalını 41-ə çatdırdı və ilk "üçlük"lə aradakı xal fərqini 4-ə endirdi.
"Football-plus.az" "Bild"ə istinadla xəbər verir ki, komanda vacib qələbəni həm meydanda, həm də meydandan kənarda saatlarla qeyd edib. Şənliklər gecə saat 3-də başa çatıb.
Almaniyalı həmkarlarımızın diqqətindən yayınmayan başqa məqam da var. Belə ki, Mahir Emreli nə meydanda komandasıyla birgə sevinib, nə də xüsusi tədbirdə iştirak edib. Həmyerlimiz meydandan çıxandan dərhal sonra paltardəyişmə otağına yollanıb. "Bild" əvvəlcə bunu eqoistlik kimi başa düşsə də, nəşrə açıqlama verən Miroslav Kloze durumu belə izah edib:
"Mahir Emreli Azərbaycan millisinin hücumçusudu. Bilindiyi kimi, ona yığmasının oyunlarında iştirak etmək üçün dəvət gəlib. Bu üzdən matçdan dərhal sonra stadionu tərk edib hava limanına yollanmalı oldu. Yola düşməmiş hamımızla vidalaşdı. Qələbəni bizimlə qeyd etməməsi eqoist davranışdı? Yox, ona qalsa, mən də evə tez - saat 22.00-da getdim. Çünki başım ağrıyırdı. Mahir isə təyyarəyə gecikməməliydi. Stadion azarkeşlərlə dolu idi. Sıxlıq səbəbindən hava limanına yubana bilərdi".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 23 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















