Klub prezidenti buna görə baş məşqçini danladı
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze klub rəhbərliyi tərəfindən danlanıb.
Axar.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb onun "Şamaxı" ilə Premyer Liqanın 7-ci tur matçından sonra etdiyi hərəkətdir.
Belə ki, doğma meydanda "Şamaxı"ya 0:1 hesabı ilə uduzan "qara-qırmızılar"ın çalışdırıcını yerli azarkeşlər istefaya səsləyib. O isə bu çağırışla razılaşmayıb, fanatlarla kəskin mübahisə edib.
Əcnəbi mütəxzəssisin yerli publikaya sərt reaksiyası klub prezidenti Fariz Nəcəfovun xoşuna gəlməyib.
Prezident Sxadadze ilə görüşərək, ona ciddi irad bildirib. Həmçinin xəbərdarlıq eləyib ki, analoji hal bir daha təkrarlanarsa, barəsində sərt tədbir görəcək.
Qeyd edək ki, I Liqanın çempionu kimi Premyer Liqaya qayıtmış əyalət təmsilçisi ilk 7 həftədə cəmi 4 xal toplayıb. Beş məğlubiyyətlə üzləşmiş qəbələlilər hazırda turnir cədvəlinin 11-ci - sondan əvvəlki pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















