Klublararası dünya çempionatının mükafat fondu rəsmiləşdi
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
FİFA 2025-ci il klublararası dünya çempionatının mükafat fondunun məbləğini açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilib.
Təşkilat turnirin iştirakçılarına ümunən 1 milyard dollar ayırmağı planlaşdırır. Beləliklə, bu məbləğ yarışın 32 iştirakçı komandası arasında bölüşdürüləcək.
“Klublararası dünya çempionatı təkcə klub futbolunun zirvəsi olmayacaq, eyni zamanda misilsiz miqyasda klublara fayda verəcək həmrəylik nümunəsi olacaq. Buna isə digər heç bir yarışda rast gəlinməyib.
Turnirdən əldə olunan bütün gəlirlər iştirakçı komandalar arasında və qlobal klub həmrəyliyi çərçivəsində bölüşdürüləcək. FIFA bu gəlirlərdən bir dollar belə özünə saxlamayacaq”, – deyə FIFA prezidenti Canni İnfantino bildirib.
Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Oyunlara 11 şəhərin 12 stadion ev sahibliyi edəcək, final isə Nyu Yorkdakı keçiriləcək.
Baxış sayı:139
Bu xəbər 06 Mart 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















