Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Klublarımıza göz dəydi, yoxsa rəqiblər çətinləşdi?

Klublarımıza göz dəydi, yoxsa rəqiblər çətinləşdi?

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan klubları Avrokubokların ikinci təsnifat mərhələsində fərqli nəticələrlə üzləşdilər. İlk təsnifat mərhələsində komandalarımız rəqibləri üzərində həm təcrübə, həm də səviyyə baxımından üstün görünərək mərhələni keçməyi bacarmışdılar. Lakin ikinci təsnifat mərhələsində artıq qarşılarına daha ciddi və daha hazırlıqlı komandalar çıxdı. Məhz bu mərhələdə Azərbaycan klublarının problemləri daha aydın göründü. 

Çempionlar Liqasında mübarizə aparan “Sabah” ikinci təsnifat mərhələsində Finlandiyanın “KuPS” komandası ilə qarşılaşdı. Bakıdakı ilk oyunda “Sabah” minimal üstünlük əldə etdi – 1:0. Komanda kifayət qədər qol imkanları yaratsa da, fərqi artırmaq mümkün olmadı. 

“Qarabağ” isə Bolqarıstanın “ÇSKA Sofiya” komandası ilə üz-üzə gəldi. Komandamız ilk oyunda rəqibi ilə 0:0 hesablı heç-heçə etdi. Baxmayaraq ki, “Qarabağ” oyunun bəzi hissələrində üstün görünürdü, yaratdığı imkanlardan istifadə edə bilmədi. 

Konfrans Liqasında çıxış edən “Zirə” ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə qarşılaşdı. İlk oyunda səfərdə oynayan Bakı təmsilçisi son dəqiqələrdə buraxdığı qolla çətin vəziyyətə düşdü. Ümumilikdə isə “Zirə”nin oyunu rəqibdən geri qalmırdı və əsas problem həlledici anlarda yaşanan diqqət itkisi oldu. 

“Neftçi” isə Belarusun “Dinamo Minsk” komandası ilə qarşılaşdı. Bakı təmsilçisi oyuna yaxşı başlayaraq 2:0 hesabı ilə önə keçsə də, sonradan buraxdığı səhvlər nəticəsində üstünlüyünü qoruya bilmədi və qarşılaşmadan 2:4 hesablı məğlubiyyətlə ayrıldı. 

Beləliklə, ilk təsnifat mərhələsində təcrübəsi və oyun səviyyəsi ilə fərqlənən Azərbaycan klubları ikinci mərhələdə daha ciddi sınaq qarşısında qaldılar. “Sabah” minimal üstünlük qazandı, “Qarabağ” heç-heçə ilə kifayətləndi, “Zirə” son dəqiqələrdə buraxdığı qolla məğlub oldu, “Neftçi” isə qalib gələcəyi oyunda üstünlüyünü itirdi.

Bəs əsas sual yaranır: Azərbaycan klublarının daha ciddi rəqiblər qarşısında bu qədər çətinlik çəkməsinin əsas səbəbi nədir? Rəqiblərin səviyyəsinin artması, komandaların hazırlıq problemi, yoxsa həlledici anlarda edilən fərdi səhvlər?

Mövzu ilə bağlı keçmiş futbolçu Aslan Kərimov Modern.az-a açıqlama verib:

“Hər mərhələ keçdikcə, komandalar daha ciddi və daha güclü rəqiblərlə qarşılaşırlar. Ona görə də komandalarımızın çətinlik yaşaması təəccüblü deyil.
“Sabah”dan başlasaq, Çempionlar Liqasında ilk oyundan fərqli olaraq daha ciddi rəqiblə qarşılaşdılar. Buna baxmayaraq, “Sabah” rəqib qapısı qarşısında kifayət qədər qol imkanları yaratmağı bacardı. Bu qədər imkan yaradan komandaya “hazır deyil” və ya “zəifdir” demək düzgün olmaz. Qapının bir neçə metrliyindən qol vura bilməmək nə məşqçinin səhvidir, nə də taktiki problem. Bu artıq futbolçunun fərdi ustalığı və həmin günkü vəziyyətlə bağlıdır.
“Sabah”ın hücum xətti daha güclü rəqiblərə qarşı da qol vurmağı bacarıb. Sadəcə, bu oyunda idman şansının onların tərəfində olmadığını düşünürəm. Bir neçə qol imkanı yaratmalarına baxmayaraq yalnız bir qol vurmaqları bəxt amili ilə də əlaqələndirilə bilər. Cavab oyununda işləri daha çətin olacaq, amma rəqib keçilməz deyil. “Sabah” bu mərhələni keçmək gücündədir”.

Veteran futbolçu “Zirə”nin daha çox hücum etməyə məcbur olacağını və bu zaman rəqibin sürətli hücumlarına qarşı diqqətli olmalı olduğunu vurğulayıb:

“”Zirə”yə gəldikdə isə, onlar ilk oyundakı rəqiblərindən daha güclü komanda ilə qarşılaşdılar. Buna baxmayaraq, oyunun böyük hissəsində üstün tərəf “Zirə” idi. Topa nəzarət edən, oyunu idarə edən tərəf onlar idi. Sadəcə son dəqiqələrdə yaşanan konsentrasiya itkisi rəqibin qol vurmasına imkan verdi.
Hesab edirəm ki, “Zirə” cavab oyununda bu mərhələni keçə bilər. Oyun uzatmalara da gedə bilər, çünki Estoniya komandası əks hücumlarda təhlükəli görünürdü. “Zirə” daha çox hücum etməyə məcbur olacaq və bu zaman rəqibin sürətli hücumlarına qarşı diqqətli olmalıdır”.

Müsahibimiz “Qarabağ”ın yeni oyunçulara uyğunlaşması, kombinasiyaların oturuşmasının müəyyən vaxt tələb etdiyini söyləyib:

“”Qarabağ”a gəldikdə isə, ilk oyun onlar üçün tam göstərici sayıla bilməzdi. Mövsümün əvvəlində komandanın yeni oyunçulara uyğunlaşması, kombinasiyaların oturuşması müəyyən vaxt tələb edir. Qarabağda bəzi boşluqlar görünürdü, amma bu normal prosesdir.
Bolqarıstanın ÇSKA komandası “Qarabağ” üçün keçilməz rəqib deyil. Cavab oyununda, xüsusilə Bakıdakı azarkeşlər qarşısında daha hücumameyilli oynayacaqlarını düşünürəm. Bu zaman rəqibin müdafiəsində yaranacaq boşluqlardan istifadə etmək “Qarabağ” üçün daha rahat ola bilər. Məncə, “Qarabağ” bu oyunu öz xeyrinə dəyişməyi bacaracaq”.

A.Kərimov, “Neftçi”nin öz meydanında və xüsusilə müdafiədən çıxış zamanı edilən səhvlərin nəticəsi olaraq məğlub olduğunu deyib:

“”Neftçi”yə gəldikdə isə, onlar üçün vəziyyət daha çətindir. İlk olaraq 2:0 hesabı ilə üstünlük qazanmaq çox yaxşı başlanğıc idi. Amma daha sonra çoxsaylı top itkiləri, xüsusilə meydanın mərkəzində və öz yarı meydanlarında edilən səhvlər oyunun taleyinə təsir etdi.
Rəqib meydançasında riskli paslardan sonra top itirmək normaldır, çünki orada hücum qurmağa çalışırsan. Amma öz meydanında və xüsusilə müdafiədən çıxış zamanı edilən səhvlər çox təhlükəlidir. “Neftçi” də bu səhvlər nəticəsində rəqibə qol imkanları verdi və nəticədə 4:2 hesabı ilə məğlub oldu”.

O, dörd komanda arasında mərhələni keçmə ehtimalı ən az olanın “Neftçi” olduğunu bildirib:

“Dörd komandamız arasında ən çətin vəziyyətdə olan məhz “Neftçi”dir. İki topluq fərqi geri çevirmək asan olmayacaq, amma futbolda hər şey mümkündür. İlk oyunda qısa zaman ərzində iki qol vurmağı bacaran "Neftçi"nin cavab oyununda da bunu etməsi mümkündür. Sadəcə, işləri daha çətin olacaq və bu dəfə favorit rəqib tərəfdir.
Ümumilikdə isə düşünürəm ki, dörd komandamızdan üçü — “Sabah”, “Zirə” və “Qarabağ” — bu mərhələni keçmək gücündədir və buna inanıram”.

Nicat Rüstəmzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyul 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri