Klubların uşaq futboluna ayırdıqları vəsait artırılıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Premyer Liqa klublarının vəsaitlərinin meyarlar üzrə bölüşdürmə prinsipi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu, AFFA-nın maliyyə hesabatında yer alıb.
Klubların onlara ayrılan 3 milyon manatı 2023/24 və 2024/25 mövsümlərində necə bölüşdürməsi dəqiqləşib.
Premyer Liqa Lisenziyasının alınmasına ötən mövsüm 2 milyon manat, cari çempionatda 1 milyon 600 min manat sərf olunub.
Klub nəzdində uşaq futbolunun inkişafına 500 min manat (2023/24 mövsümündə 400 min manat), infrastruktur layihələrinin gerçəkləşdirilməsinə 850 min manat (2023/24 mövsümündə 300 min manat) ayrılıb. Qadın futbolunun inkişafına bir il əvvəlki kimi 50 min manat nəzərdə tutulub.
2023/24 mövsümündə futbol klubunun regionda filialının, akademiya və ya seksiyasının açılması və onun davamlı fəaliyyəti üçün 50 min manat, əvəzedici komandaların saxlanılmasına 150 min manat, marketinq, PR, SMM işlərinin aparılması, müxtəlif FSR tədbirlərin keçirilməsinə 40 min manat nəzərdə tutulmuşdusa, cari çempionatda belə meyarlar yer almayıb.
Anar Həsənov
Baxış sayı:136
Bu xəbər 11 Aprel 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















