Kobaxidze: ABŞ nin dondurulmuş xarici yardımı digər ölkələrdə inqilablar üçün istifadə edilib
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident Donald Tramp administrasiyasının 90 gün müddətinə dayandırdığı ABŞ-nin xarici yardımı, digər ölkələrdə, o cümlədən Gürcüstanda inqilablara və iğtişaşlara sərf olunurdu.
“Report” xəbər verir ki, bunu Gürcüstanın “İmedi” telekanalında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası birbaşa təsdiqlədi ki, ölkənin vergi ödəyicilərinin pulları başqa ölkələrdə, o cümlədən Gürcüstanda inqilablara, iğtişaşlara və dəhşətli ssenarilərin hazırlanmasına xərclənib”- deyə, o qeyd edib.
Gürcüstan hökumətinin başçısı qeyd edib ki, rəsmi Tbilisi Tramp administrasiyasının hadisələri düzgün dəyərləndirməsindən şaddır və xarici yardımın ayrılmasının 90 gün deyil, daha uzun müddətə dondurulacağına ümid etdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Yanvar 2025 04:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















